دگرلی آزربایجان تورک میللتی!

ایرانین فارسچی شاه و موللا رئژیمی، ۱۹۲۵ینجی ایلد‌ن بری میللی دولتچیلیگیمیزی اله کئچیردیکده‌ن سونرا وطنیمیزی هر طرفلی شکیلده سؤمورگه‌لشدیرمیشدیر. گونئی آزربایجانی تورکسوزلشدیرمک اوچون سوی‌قیریما، سورگونه، زیندانا، ایشکنجه‌لره ال وورماقلا یاناشی، آزربایجانین ائتنوگرافییاسینی دگیشدیرمک استراتئژیسی اویغولامیش و آزربایجان تورکلری‌نین اؤز‌گووه‌نینی قیرماق هدفی ایله فاشیست رئژیم چئشیدلی آشاغیلاییجی پروقراملار حیاتا کئچیرمیشدیر.

آشاغیلاما سیاستی‌نین ان باریز اؤرنگینده ایسه اؤلکه‌نین ۴۰٪ نفوسو بؤجگه (پیس‌پیسایا) بنزه‌دیلمیشدیر. رسمی "ایران قزئتی"ینده میللتیمیزه قارشی کاریکاتورا یاییلمیش، اعتراضا قالخان میللتیمیزه قورشون یاغمیشدیر.

بیر خردادلا باشلایان ایکی هفته بویونجا ۳۰دان آرتیق گونئی آزربایجان شهرلرینده آزربایجان اؤیرنجی حرکتی‌نین اؤنجوللوگونده، میللی کیملیگینی ساوونان تورک میللتینه قارشی اویغولانان شددت نتیجه‌سینده اونلارلا وطنداشیمیز شهید دوشموش، یوزلرله وطنداشیمیز یارالانمیش، مینلرجه سوچسوز قادین، کیشی، گنج، یاشلی توتوقلاناراق آغیر ایشکنجه و حبس‌لره معروض قالمیشدیر.

فاشیست رئژیم، ۱۳۸۵ ده دولت تئرور آکتلارینا ال ووراراق آزربایجان میللی حرکتی‌نین آیاقلانماسینی کئچیجی اولاراق دوردورا بیلسه ‌ده، خرداد روحونو هئچ بیر زامان میللتیمیزین گونده‌لیگیندن سیلمه‌گه قادیر اولمامیشدیر. بوگون، آزربایجان میللی حرکتی‌نین اورتایا قویدوغو "آزادلیق، عدالت، میللی حؤکومت" دئویزی خردادلارین سارسیلماز اراده‌سینین آیدین گؤسترگه‌سیدیر.

گوندن گونه گوجلنن آزربایجان میللی حرکتی، فاشیست رئژیمین حاکیم و اپوزیسیون آلانلارینی دریند‌ن قورخویا سالیبدیر.

گنجلیگیمیز فاشیست فارسچی رئژیمی تورپاقلاریمیزدان سیلیب-آتماق اوغروندا موجادیله صفلرینی سیخلاشدیریر. ایرقچیلیغا قارشی ازیلن میللتلرین جبهه‌سی گون کئچدیکجه بؤیویور. دونیا، وطنیمیز آزربایجاندا و بؤلگه‌میز اورتا دوغودا بؤیوک دییشیکلیگین اولماسینا حاضرلانیر.

ایگید گنجلیگیمیز!

آزربایجانین آیدین گله‌جگی سیزین الینیزده‌دیر. آزربایجانین قورتولوشو سیزین پولاد اراده‌نیزده‌ن آسیلیدیر. آزربایجانین سارسیلماز غیرتی و توکنمز غرورو سیزسینیز. تاریخ بویو یوردوموز اوغرونا تؤکولن قانلارین امانتداری سیزسینیز.

بیر حالداکی خاریج‌ده‌کی وطنداشلاریمیز برلین‌ده ایکینجی «آزادلیق عدالت میلی حؤکومت میتینگی»نه حاضیرلانیرلار، ۱ خرداد شهیدلرینن قانی یئرده قالماسین دییه، گنجلیگیمیزی "هر یئر ائیلم یئری، هر زامان ائیلم زامانی" تاکتیکینه دایاناراق گونئی آزربایجانین بوتون شهرلرینده اعتراضا چاغریریق.

خرداد ۱۳۸۵ شهیدلریمیزین قانی یئرده قالمایاجاق!

یاشاسین آزربایجان تورک میللتی!

آزادلیق، عدالت، میللی حؤکومت!

آزربایجان اؤیرنجی حرکاتی - آزوح

آزربایجان مرکز پارتیسی – آم‌پ

آزربایجان میلی دیرنیش تشکیلاتی - دیرنیش

گونئی آزربایجان ایستیقلال پارتیسی - گآیپ

گونئی آزربایجان دمکرات پارتیسی - گآدپ

گونئی آزربایجان دمکراتیک تورک بیرلیگی - گآدتب

گونئی آزربایجان میلی قورتولوش حرکاتی - قورتولوش

۱۴ مای ۲۰۲۳

1XURDAD/22 MAY MİLLİ AYAQLANMANIN  İL DÖNÜMÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARININ BİRGƏ ÇAĞRIŞI

Dəyərli Azərbaycan Türk Milləti!

İran Farsçı şah və molla rejimi, 1925-ci ildən bəri milli dövlətçiliyimizi ələ keçirdİkdən sonra vətənimizi hər tərəfli şəkildə sömürgələşdirmişdir.

Güney Azərbaycanı Türksüzləşdirmək üçün soyqırıma, sürgünə, zindana,  işkəncələrə əl vurmaqla yanaşı, Azərbaycanın etnoqrafiyasını dəyişdirmək strategiyası uyğulamış və Azərbaycan Türklərinin özgüvənini qırmaq hədəfi ilə faşist rejim çeşidli aşağılayıcı proqramlar həyata keçirmişdir.

Aşağılama siyasətinin ən bariz örnəyində isə ölkənin %40 nüfusunu böcəyə (pıspısaya) bənzədmişdir. Rəsmi "İran Qazeti"ndə millətimizə qarşı karikatura yayılmış, etiraza qalxan millətimizə qurşun yağmışdır.

1 xurdadla başlayan iki həftə boyunca otuzdan artıq Güney Azərbaycan şəhərlərində, Azərbaycan öyrənci hərəkətinin öncüllüyündə, milli kimliyini savunan Türk millətinə qarşı uyğulanan şiddət nəticəsində 10 larla vətəndaşımız şəhid düşmüş, 100 lər vətəndaşımız yaralanmış, minlərcə suçsuz qadın, kişi, gənc, yaşlı tutuqlanaraq ağır işkəncə və həbslərə məruz qalmışdır.

Faşist rejim, 2006/1385/də dövlət terror aktlarına əl vuraraq Azərbaycan Milli Hərəkətının ayaqlanmasını keçici olaraq durdura bilsə də, XURDAD/MAY/ ruhunu heç bir zaman millətimizin milli gündəliyindən silməyə qadır deyildir.

Bugün, Azərbaycan Milli Hərəkatının ortaya qoyduğu "Azadlıq-Ədalət-Milli Hökumət" devizi xurdadların sarsılmaz iradəsinin aydın göstərisidir. Gündən-günə güclənən Azərbaycan Milli Hərəkatı, faşist rejimin hakim və oposizyon alanlarını dərindən qorxuya salıbdır.

Gəncliyimiz, faşist farsçı rejimi torpaqlarımızdan silib-atmaq uğrunda mücadilə səflərini sıxlaşdırır. İrqçılığa qarşı əzilən millətlərin cəbhəsi gün keçdikcə böyüyür. Dünya, vətənimiz Azərbaycanda və bölgəmiz orta doğuda böyük dəyişikliyin olmasına hazırlanır.

İgid gəncliyimiz!

Azərbaycanın aydın gələcəyi sizin əlinizdədir. Azərbaycanın qurtuluşu sizin polad iradənizdən asılıdır. Azərbaycanın sarsılmaz qeyrəti və tükənməz qüruru  sizsiniz. Tarix boyu yurdumuz uğruna Tökülən qanların əmanətdarı sizsiniz.

Bir haldakı xaricdəki vətəndaşımız Berlin'də ikinci "Azadlıq, Ədalət, Milli hökumət" mitinqinə hazırlanırlar, Bir xurdad şəhidlərinin qanı yerdə qalmasın deyə, gəncliyimizi "Hər yer eyləm yeri , Hər zaman eyləm zamani" taktikinə dayanaraq Güney Azərbaycanın bütün şəhərlərində etiraza çağırırıq.

Xurdad 1385/may 2006/ şəhidlərimizin qanı yerdə qalmaz!

Yaşasın Azərbaycan Türk Milləti!

Azadlıq ,Ədalət, Milli Hükümət!

Azərbaycan Mərkəz Partiyası - AMP

Azərbaycan Milli Dirəniş Təşkilatı - DİRƏNİŞ

Azərbaycan Öyrənci Hərəkəti - AZOH

Güney Azərbaycan Demokrat Partiyası - GADP

Güney Azərbaycan Demokratik Türk Birliyi - GADTB

Güney Azərbaycan İstiqlal Partiyası - GAİP

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı - QURTULUŞ

14 May 2023