Münsterdə Qarabağ mitinqi keçirilib
Şənbə 23 fevral, Erməni caniləri tərəfindən vəhşicəsinə törədilən Xocalı qətiamının 27-ci ildönümü münasibətilə Almaniyanın Münster şəhərində keçirilən mitinqdə, 100-dən çox azərbaycanlı iştirak etmişdir. Quzeyli soydaşlarımız tərəfindən və Azərbaycanın üç rəngli müqəddəs bayrağı altında keçirilən bu möhtəşəm mitinqə 1990-cı ildən bəri Münster şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi" dərnəyidə dəstək vermiş və çoxu Quzey Azərbaycandan olan bu mitinqdə bir çox güneyli soydaşımızda iştirak etmişdir.
Xocalı qətiamıyla bağlı hazırlanmış bildirilərdə, Erməni vəhşilərinin törətdikləri dəhşətli cinayətlərlə əlaqədə geniş bilgilər verilmiş və bu faciəni əks etdirən gözəl şəkillər bu faciənin nə dərəcədə qorxunc və böyük olduğunu açıqcasına göstərmişdir.
Münster 24.02.2019
Əhməd Urmuoğlu