Dəyərli yurddaşlar

Əziz milli fəallar

Aldığımız son bilgilər əsasəsında son günlərdə Azərbaycanın tanınmış

milli-mədəni fəalı Abbas bəy Lisanı başda olmaq üzrə 80-dan çox milli-mədəni fəal Ərdəbil, Təbriz, Urmu, Əhər, Xoy, Salmas, Sulduz və Güney Azərbaycanın başqa şəhərlərində faşist İran İslam rejiminin əmniyyət qüvvələri tərəfindən tutuqlanaraq cəza evlərinə aparılmışlar.

Onların sadəcə suçları Azərbaycanın böyük və əfsanəvi milli qəhrəmanı olan ulu Babəkin doğum gününü münasibəti ilə Kəleybər şəhərinin yaxınlığında yerləşən Babək qalasında keçiriləcək illik tədbirdə iştirak etmək üçün qalaya getməkləri olmuşdur.

İran islam rejiminin bu qanunsuz işləri elə bir halda baş tutmuşdur ki, onun hətta sözdə öz anayasası silahsız yürüş və mitinqlərin keçirilməsini azad və maneəsiz elan etmişdir. Buda cani islam rejiminin

çox kobudcasına özünün yazdığı qanunları belə ayaq altına qoymasını göstərməkdədir.

Güney Azərbaycan Sosial Demokrat partisi cinayətkar iran İslam rejiminin Azərbaycanın dəyərli milli-mədəni fəallarına və milli şəxsiyyətlərinə qarşı bu vəhşi və qeyri-insani işlərini şiddətlə qınayaraq bütün tutuqlularaın həmən sərbət və azadlığa buraxılmasını istəyir.

Yaşasın Azərbaycan

Eşq olsun Azərbaycanın azadlıq və qurtuluşu uğrunda mücadilə verən bütün milli fəallara

Güney Azərbaycan sosial Demokrat Partisi

07.07.2018