bu ğəzəl həsr olunur zindanda ki azərbaycan aslanlarına .
Çəkdilər dara gülü , bülbülüm fəğan eylə
Yazıldı eşqə ölüm , aşiqim dur qan eylə
Nə yatmısan belə aram sən ey dili qafil
Odla bu zülmi , alışdır , dərdini bəyan eylə
O hüsnü xoş igidin mübtəladır zindanda
Fərman gəlir dinmə , sus , mənliyini dan eylə
Vuruldu xədt bu gün hər nə istəyin var-idi
Üsyanə gəl babəkim dur , di tərki can eylə
Qəfəsdə aslana bir bax , qana batıb bədəni
Dözə bilməyən bu dərdə , qışqırıb əyan eylə
Çəkildi bəndə bu gün qəhramanların bir-bir
Ey bəndidə bağıran şir , gizlər ilə yan eylə
dillər qıfıllu , qollar bağlı , ayaqların zəncir
haray haray bu dil ilə , dik durub dayan eylə
Cəfayə bax bu xəzanda , tarac etdir güllərimi
Tarac olan gülləri qalx , indi sən divan eylə
Bağında yandı qızardı lalənin bağrı Eşilbax
Kəsərli bir nəfəsin var ! çəkginən tufan eylə
Eşilbax 19.6.2006
بو غزل حصر اولونور زنداندا کی آذربایجان اَصلانلارئنا
چَکدِلر دارا گولو , بُلبُلوم فغان ایله
یازئلدئ عشقه اُولُوم عاشقیم دور قان ایله
نه یاتمئسان بله آرام سن ای دِلئ غافل
اودلا بو ظُلمی , آلئشدئر , دردنی بیان ایله
او حُسنو خوش ِایگدین مُبتلادئر زنداندا
فرمان گلیر دینمه , سوس , منلیگنی دان ایله
واورولدو خط بو گون هر نه اِیستگین وار ایدی
عصیانا گَل بابکم دور, دی ترک جان ایله
قفسده اَصلانا بیر باخ , قانا باتئب بدنی
دُوزه بیلمین بو درده , قئشقئرب عیان ایله
چَکیلدی بنده بو گون قَهرمانلارئن بیر بیر
ای بندده باغئران شیر ! گیزلر ایله یان ایله
دیللر قئفوللو , قوللار باغلئ , ایاقلارئن زنجیر
هارای هارای بو دل ایله دیک دوروب دایان ایله
جَفایه باخ بو خزاندا تاراج اِدیر گُوللریمی
تاراج اولان گوللری , ایندی قاخ سن دیوان ایله
باغئندا یاندئ , قئزاردئ , لاله نین باغرئ اِشیلباخ
کَسَرلی بیر نَفَسین وار چَکگینن توفان ایله
إشیلباخ 19/6/2006