میدانا گَلیب جئولان اِدیر بیر باشا مانقورد
خالقئنی دانئر , انکار اِدیر , مین یاشا مانقورد
میل ایله دانئر اوز سویونو , اوز کوکون , آخ جان
اَسگیلدیر اوزون بنزدیر او , بیر جاشا مانقورد
هویتی یوخ , منلگی یوخ , هر نه ای اودوزدو
پوز کئچمئشنی , سیل بو گون , تام قاشا , مانقورد
گلسه یئری او آند ِاچه جَک کی هُمانیست دی
یانشاقلایاراق تئز دوشه جَک , چاش باشا مانقورد
اُو فَخرایلَدی داندئ اوزون , گویا که بو فارسلار
جعلیّاتی سوخماز بِینه, داش باشا مانقورد
زونجُق آتاجاق , بند قئراجاق , فارسداندا بَتَر فارس
جهل ایله , عناد ایله , ِانان بوز داشا مانقورد
قوُدورسا قاپار دور برینی , واه واه نه اَدبسیز
آند اِچسه بیلین آند ایچه جک , داریوشا مانقورد
فردوسینین قبرین ِادجک گونده زیارت
تعظیم ادجک تانرئیا یوخ , کوروشا مانقورد
بیگانیه یالتاق بیزه گلدیکده , دمیر , داش
سِجده ِادجک تبریزه یوخ , او شوشا مانقورد
سُرمَه چَکَجَک گوزلرینه او ژنِ برتر
حَنا یاخاجاق تللرینه , زیل قاشا مانقورد
من بونلارئ گوردوم بیله سی , دوغرو شاشئردئم
حاقّئ گورجک من گیبی او, قوی شاشا مانقورد
سَوییه سی یوخ , آنلاغئ یوخ , بوش وئر بو کاراکتر
اویونجاق اولوب فارسلارا , تک بیر ماشا مانقورد
آلچاق بیر اوجوز جاسوس اولوب فارسلار اَلینده
ادب تانئماز , آر تانئماز , های حاشا مانقورد
بیز اِستَیریک ایرانا , دمکراسی , عدالت
او سوی کَنَجَک بُهدان ایله , قارغئشا مانقورد
بیز واورغولادئق صبر ایله خالقلاردئر برابر
آز قالده کی افراط دیوارئن , او آشا مانقورد
اِشیلباخئ من قُردالادئم , سن نه دئیرسن ؟
فارسلار گوزو ایله باخساق اونا , بیر پاشا مانقورد
اِشیلباخ 18.11.2011
Yarı Hənək - yarı dəyənək
(manqurd)
meydana gəlib cevlan edir bir başa Manqurd
xalqını danır , inkar edir , min yaşa Manqurd
meyl ilə danır , öz soyunu , öz kökün ax ! can
əsgildir özün , bənzədir o , bir caşa Manqurd
höviyyəti yox , mənliyi yox , hər nəyi uduzdu
poz keçmişini , sil bu günü , tam qaşa , Manqurd
gəlsə yeri çox and içəcək o humanist-diiiiiiiii
yanşaqlıyaraq tez düşəcək , çaş başa Manqurd
o fəxr eylədi dandı özün , guya ki bu Farslar
cəliyatı soxmaz beyinə , daş başa manqurd
zoncuq atacaq , bənd qıracaq , farsdanda bətər fars
cəhl eylə , inad eylə , inan boz daşa manqud
qudursa qapar dövr-bərin , vah vah nə ədəbsiz
and içsə bilin and içəcək dariyuşa Manqurd
firdovsinin qəbirin edəcək gündə ziyarət
təzim edəcək tanrıya yox ! kuruşa manqurt
biganiyə yaltaq , bizə gəldikdə dəmir , daş
sicdə edəcək təbrizə yox ! o şuşa Manqurd
sürmə çəkəcək gözlərinə , bu jenı bərtər
həna yaxacaq tellərinə , zil qaşa Manqurt
mən bunlar gördüm beləsi doğru şaşırdım
haqqı görəcək mən gibi o qoy şaşa mangurt
səviyyəsi yox , anlağı yox , boş ver bu karakter
oyuncaq olub faslara tək bir maşa manqurd
alçaq bir ucuz casus olub , farslar əlində
ədəb tanımaz , ar tanımaz , hay haşa mangurt
biz istəyirik irana , demokrasi , ədalət
o söykənəcək böhdan ilə , qarğışa manqurd
biz vurğuladıq səbr ilə , xalqlardır bərabər
az qaldı ki ifrat divarın , o aşa manqurd
eşilbaxı mən qurtdaladım sən nə deyirsən ?
farslar gözü ilə baxsan ona , bir paşa manqurd
Eşilbax 18.6.2011