3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ
Qeyd etmək lazımdır ki, bütün İran mərkəzli sol parti və qurumların qurucuları özəlliklədə 20-ci yüzilin başlarından etibarən Ədalət partisi, Komonist və Sosialist partilərinin qurucuları həm də onların kadrılarının əsasən azərbaycanlı olmalarına rəğmən bu sol təşkilatlar və onların içində fəaliyyət göstərən azərbaycanlı Türklərin böyük bölümü birbaşa paniranizm düşüncələrinin təsiri altında olaraq onun əsasında təlim və tərbiyə alıb və bu səbəbdən də irançılıq meyli onlarda çox güclü olmuşdur.
Lakin qeyd etmək lazımdır ki, sol parti və qurumların içində fəaliyyət göstərən Azəbaycanlı Türklərin içində bu gündə olduğu kimi hər zaman öz vətənini və millətini sevən və öz milli kimliyinə və milli varlığına bağlı olan bir çox şərəfli və dəyərli insanlarımız olmuşdur. Ancaq onların çoxunun bu partilərdə yetişdirilib və aldıqları siyasi təlim-tərbiyədən dolayı, beyinləri tamamən yuvulub eyni fars şovinistləri kimi özəlliklə Türkiyə və Azərbaycan dövlətləri, Türk milləti və ümumiyyətlə bütün Türklərə qarşı böyük bir həssasiyyət, inanılmaz bir qısqanclıq və hətta bir nifrət və düşmənçilik meyli olmuşdur. İran sol təşkilatlarının Türklərə qarşı belə bir nifrət və qeyri-insani düşmənçilik münasibətinin yaranması, onların irançılıq düşüncələrindən qaynaqlanmışdır.
Əlbəttə bunuda qeyd etmək yerində olar ki, bu gün istər içəridə, istərsədə xaricdə Güney Azərbaycanın azadlıq və qurtuluşu uğrunda mücadilə aparan milli fəalların böyük bölümü keçmişdə bu sol parti və qurumların üzvüləri və kadrları olmuşlar.
Gərçək budur ki, İran kimi çox millətli bir ölkədə bütün qeyri-fars millətlərin düşməni olan paniranizm və farş şovinizminin sağ qanadının təməli, çoxu mason və İngilis başda olmaqla Qərb amilləri olan Seyid Həsən Tağızadə, Seyid Əhməd Kəsrəvi, Rzazade Şəfəq, Kazımzade İranşəhr, Homa Natiq, Yəhya Zəka və başqaları kimi Türk düşməni olan manqurtların tərəfindən qoyulsada, onun sol qanadıda Bayram Ağazadə, Məmmədqulu Əlixanzadə, Kamran Ağazadə, Tağı Aranı, süleyman Mirzə İskəndəri və başqa azərbaycanlı Türklər tərəfindən qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, azərbaycan Türk milləti özəlliklə son 100 ildə əsasən üç fərqli siyasi düşüncə, fikir və yaxud üç fərqli ideoloji cəbhəsindən dəhşətli və böyük bir hücuma məruz qalmışdır. Ancaq onların hər üçünündə bir hədəfin qulluğunda və bir amacın uğrunda yəni Türk millətini asimilə edib onu Fars-İran millətinin içində əritmə siyasətinin doğrultusunda paralel şəkildə hərəkət etmələri olmuşdur.
Bu üç fərqli düşüncə və ideoloji paniranizm, ümmətçilik və komonizm ideolojisinin əsaslarından olan internasiyonalizmdən ibarət olmuşdur. Paniranizmin amacı ariya irqı və ariyaçılıq kimi qatı irqçılıq düşüncələri əsasında, Türklər başda olmaq üzrə bütün qeyri-fars millətlərindən böyük Fars yaxud iran milləti yaratmaq olmuşdur. Bu siyasət 90 ilə yaxındır ki, irqçı İran dövləti tərəfindən həyata keçirilməkdədir. Ancaq ümmətçilik adı altında Fars şiəçiliyi yaxud Fars-İran şüubiyyəçiliyi də paniranizmin dini qanadı sayılaraq, onunda amacı sözdə vahid bir islam ümməti olsada, son 90 ildə göründüyü kimi onunda əsas niyyəti bütün qeyri-fars millətləri Fars şiəçiliyində əridərək böyük iran milləti yaratmaq olmuşdur.
Lakin internasiyonalizmə dayanaraq komonizm ideolojisi əsasında yaradılan İran mərkəzli sol qüvvələrin başlıca amacı sözdə paniranizm və ümmətçilikdən fərqli olsada, onlarında əsas niyyəti qeyri-fars millətlərdən iran milləti yaradaraq eyni hədəf uğrunda hərəkət edib və məqsədləridə bu amaca qulluq etmək olmuşdur. Bu üç İran məkəzli ideoloji və düşüncənin Azərbaycanın bu günki ictimai, iqtisadi, siyasi və kültürel baxımından olduqca acınacaqlı, bərbad və dəhşətli bir duruma düşməsində hər üçünündə böyük rolu olub və bu ideolojilərin hər üçüdə bu haqda sorumluluq daşımaqdadırlar.
Amir Mardani, [16.10.18 00:11]
Burada vurğulanması gərəkən bir məsələn budur ki, bir insanın hər hansı bir dinə, məzhəbə və yaxud hər hansı bir ideolojiyə və inanca bağlı olub ona qulluq etməsindən asılı olmayaraq kim olduğu, hansı millətə və hansı torpağa mənsub olduğu ən önəmli və vacib məsələlərdən sayılır. Bu əsasda bir insanın öz millətinə və öz doğma vətəninə olan sevgisi hər nədən və bütün sevgilərdən üstün olub və hər nəyin üzərində olmalıdır. çünki millət və vətən varsa bunlarda var, millət və vətənin olmadığı yerdə dinlərin, məzhəblərin, ideolojilərin və inancların daha heç bir önəm, dəyər və anlamı qalmır. Bəşəriyyət tarixində bir çox dinlər, məzhəblər və inanclar yaranıb lakin sonralar başqaları yarandıqda, onların yerini tutmuş və bu gün onların bəzilərindən sadəcə quru bir ad qalmışdır. Bir çox millətlərdə öz tarixində neçə din və məzhəb dəyişib və kimsə bir millətin eyni din, məzhəb və inancda qalmasına zəmanət verə bilməz. Bu səbəbdən də öz vətəni və milləti qarşında sorumluluq daşıyan hər bir insan bu önəmli məsələlərlə bağlı tam məsuliyyətlə hərəkət etməlidir.
Ancaq qeyd etməliyik ki, azərbaycanlı olan ümmətçilərlə qatı paniranistlərdə heç bir zaman vətən və millət anlayişi və onlara qarşı bir svegi, məhəbbət və bağlılıq əsla olmayıb və özəlliklə Türk və Ərəblər başda olmaq üzrə bütün qeyri-fars millətlərə nifrət edərək milli məsələnin həllinə qarşı olduqlarından dolayı, onlara bu yazıda deyiləcək bir sözümüz yoxdur, lakin burada toxunmaq istədiyimiz qüvvələr, iddialı İran mərkəzli sol parti və qurumlar və solçu azərbaycanlılardır.
Təəsüfləndirici budur ki, bu iddialı solçu azərbaycanlı Türklər, Azərbaycanın işçiləri, əkinçiləri, bütün əməkçiləri və vətənimizin, millətimizin səadəti, rifahı, azadlığı və xoşbaxt gələcəyi uğrunda mücadilədə gərəkli olan sol bir partinin yeri boş olduğu halda, İran adına İran mərkəzli sol parti və qurumlar yaradıb, sadəcə İran uğrunda fəaliyyət göstərmək öz millətinə və öz vətəninə arxa çevirmək, ona qarşı sorumsuzluq və xəyanətdən başqa bir şey deyildir.
Bu gün öz vətəninə və millətinə bağlı olan hər bir azərbaycanlı solçunun başlıca vəzifəsi, hazırda fars faşizmi və fars-İran dövlətinin işğalı altında müstəmləkə həyatı sürərək vəhşicəsinə istismar olub, onun yeraltı-yerüstü zəngin sərvətləri talanıb, qarət olan Güney Azərbaycanda yeri boş olan və öz milli, insani və tarixi vəzifəsi və məsuliyyətini yerinə gətirə biləcək güclü bir sol partiyə hər zamandan dahada artıq ehtiyacı vardır.
Bu önəmli və olduqca vacib olan məsələ bu gün keçdiyimiz illərdən dahada keçərli və gərəklidir və bütün İran adına daha doğrusu fars milləti üçün fəaliyyət göstərən solçu azərbaycanlılar gec olmadan öz millətinin yanında və onunla əl-ələ, çiyin-çiyinə onun azadlığı və qurtuluşu uğrunda mücadilə etməlidirlər. Bu məsələ bir çoxları üçün gec olsada, hər halda böyük bir hərəkət və önəmli bir addım sayılır. Çünki biz solda olsaq ancaq öz millətimizin və öz vətəninizin solçusu olmalıyıq başqalarının yox. Babalarımız demişkən, özgə çirağa yağ olmaq bəsdir, öz evimiz həddindən artıq soyuq və qaranlıqdır.
10.10.2018
Ardı var