ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (16-cı bölüm)

6- Məmməd bəy Azadgər və PKK, PEJAK, PYD və YPG

Bu terorçu kürd təşkilatının uzun illərdən bəri Türkiyə dövləti və millətinə qarşı apardıqları qanlı teror savaşı yalnız və yalnız Amerika və bütün Qərb dövlətləri, eləcə də faşist İran İslam rejiminin maliyyələşdirdiyi və milyardlarla dolar dəyərində verdiyi silah və sursatlarla mümkün olmuşdur.

Amerika dövləti tərəfindən təkcə son bir-iki ildə 5000 treli və 2000 yük təyyarəsi silah və sursatın verilməsi, eyni zamanda bu dövlətin cari ildə öz hərbi büdcəsində 650 milyon dolar bu kürd teror örgütünə ayırması onun nə dərəcədə bağlı və necə muzdlu (mozdur) bir teror təşkilatı olduğunu göstərməkdədir. Qeyri-rəsmi qaynaqlara görə Amerika 2015-ci ildən bu günə qədər 23000 treli silah, sursat və əsgəri araç PKK,nın Suriyə qolu olan PYD-YPG,yə vermişdir.

Bu gün PYD və onun hərbi qanadı olan YPG-nin Amerika dövləti tərəfindən yaradılan 30 min nəfərdən artıq qoşunu, onun hərbi mütəxəssisləri tərəfindən eyitim alaraq, bu dövlətin Suriyədəki sadəcə quru qoşunları (piyadə qoşunları) kimi görəv almış və bu məsələ açıqcasına Amerika dövlətinin yüksək rütbəli siyasi və hərbi məsulları, həm də dünya basını tərəfindən söylənib və yazılmışdır. YPG silahlılarının aylıq maaşı da Amerika dövləti tərəfindən ödənilir.

Almaniyanın sol görüşlü jurnalı olan Spartakist "Kürd millətçiləri imperialistlər üçün quru (piyada) qoşünlar təmin edirlər" başlıqlı məqləsində bu məsələni bütün təfərrüatilə açılmışdir. Bu məqalədə əlavə olaraq yazılır ki, kürd qoşunu Amerika imperialistinin Kubanidə İŞİD-ə qarşı apardığı hava hücumlarında, onlar sadəcə bir kəşfiyyatçı kimi xidmət edirlər. (bax.həmən jurnal Nr.205 yanvar 2015)

Bu açıqlamanı PKK-nın Suriyədəki hərbi qanadı olan YPG sözçüsü Polat Can, "kurdischenachricten.com, 16 oktyabr 2014-də verib!!

Olduqca təəccübli olan burasıdır ki, bu gərçəkləri bütün təfərrüatilə əks etdirən bir çox faktın ortada olduğu halda nədən Məmməd bəy, Təbriz demokratları, Əşrəf Dehqani, Yunis Şamili və onlar kimi düşünən bir çox iddialı solçu azərbaycanlı Türklər başda olmaq üzrə İran adına fəaliyyət göstərən və sözdə imperializmə, həm də onların ortadoğuda hərbi müdaxiləsinə qarşı olan bütün sol parti və qurumlar, hər zaman PKK,PYD, YPG və PEJAK,ı sorğusuz və birbaşa müdafiə edərək onları demokratik və inqilabi qüvvə kimi göstərməyə çalışırlar.

Burada Bertold Breştin bu gözəl sözü bu iddialı insanların açıqcasına iç üzünü çox aydın şəkildə göstərir:

"Onlar ki, gərçəyi bilmirlər cahildirlər (nadandırlar), lakin o kəslər ki, gərçəyi bilib dilə gətirmirlər cinayətkardırlar."

Ancaq kimsə bu insanların bu gərçəkləri bilməmələrinə və onların cahil olduqlarına inanmaz və gərçək budur ki, bu cənablar bütün bu həqiqətləri bilirlər ancaq dilə gətirmirlər.

Beləliklədə Məmməd bəy Azadgər və onun bütün azərbaycanlı fikirdaşları PKK, PEJAK, PYD və YPG kimi muzdlu, (mozdur) həm də tamamən fasid və mafiya olan təşkilatları tam yaltaqlıqla müdafiə etməklə, onların Amerik və bütün Qərb dövlətləri, İsrail, İran, Suriyə, Ərəbistan və Ermənistan dövlətlərinə uşaq olanların uşaqları olaraq tanınmaqdadırlar. Yəni sözdə belə iddial solçu azərbaycanlıların hətta yuxarıda adları gedən bu dövlətlərə birbaşa uşaq olmaq ləyaqətləridə belə yoxdur və onlar sadəcə onlara alçaqcasına uşağlıq edənləri uşaqları sayılırlar.  

Eyni zamanda Əşrəf Dehqani başda olmaqla sözdə İran mərkəzli sol parti və qurumlar, Eynulərəb yaxud Kubanidə İŞİD,in mühasirəsinə qarşı PKK-PYD başçılığında və birbaşa Amerikanın havadan dəstək verdiyi savaşı, utanmazcasına Alman faşizminin mühasirəsinə qarşı savaşan Stalinqrad,ın qoçaq əhalisi və onun qəhrəman müdafiəçiləri ilə eyni tutaraq, onları böyük qəhrəmanlar olaraq göstərməyə çalışmaqdadırlar.

Ancaq olduqca gülünc olan Əşrəf Dehqninin 14 oktyabr 2014-ildə öz adına verdiyi dəstək bildirisində, Kubanidə Amerikanın bu quru(piyadə) qoşunlarını inanılmaz yaltaqlıqla, həm də 40-cı və 50-ci illərdəki Şah rejiminə qarşı silahlı mücadilənin ədəbiyyatı dili ilə böyük və tayı-misli olmayan qəhrəmanlar kimi göstərməyə çalışmasıdır!!!??

Mehran bəy Baharlı burada haqlı olaraq, Türkiyə dövlətinin Suriyənin quzeynində PKK-nın Suriyə qolu olan PYD -YPG-ə qarşı "Fərat Qalxanı" və "Zeytun Dalı" hərəkatı adı altında apardığı əməliyyatın əsas amacının Amerikanın "Böyük Ortadoğu Projəsi" əsasında olan Böyük Kürdüstanın çox önəmli tərkib hissəsi kimi nəzərə tutulan Suriyənin quzeyindən Ağdənizə döğru olan Kürd koridorunun qarşısını almaq olmuşdur. Əhalisinin 80 faizindən çoxu Ərəb, Türkmən və Suriyani olan bu bölgələr, Böyük Kürdüstanın yarandığı təqdirdə onun yaşaması üçün olduqca həyatı bir məsələ olmaqla yanaşı, eyni zamanda Amerika və Qərb dövlətlərinin İraq başda olmaq üzrə bütün bölgənin neft və qazının qarət edilib güvənli bir şəkildə aparılmasını təmin etmək üçün çox önəmli bir projə sayılırdı. Ancaq bu Kürd koridoru projəsinin həyata keçirilməsinin başlıca şərti onun əsas sahibləri və yerli əhslisi olan Ərəb, Türkmən, Suryani və başqalarından təmamilə təmizlənməsi olmuşdur. Hazırda Suriyənin quzeyində heç bir zaman Kürdlərə ayid olmayan və 45,000 qkm böyük bir ərazi olan və bir çox şəhər və bölgələri yerli əhalisindən tamamilə təmizlənərək PKK və onun Suriyə qolu olan PYD və YPG işğalı altındadır.

Mmməd bəy və onun düşüncəsində olan solçu azərbaycanlıların demokratik və solçu qüvvələr kimi tanıdıqları bu teror təşkilatları əslində İrqçı və onların öz dililə desək pankürd və qatı millətçilər olaraq Amerika, İsrail, İran və bütün Qərb dövlətlərini öz arxalarında gördükdə cürətlənib və yuxarıda adları gedən bu millətləri öz ata-baba doğma yurdlarından qovub didərgin salaraq, onların bütün yerlərini mənimsəməkdədirlər.

Birləşmiş Millətlər Təşkilatının insan haqları qurumu və başqa insan haqları müdafiəçiləri verdikləri bəyanatlarda dəfələrlə bu kürd teror təşkilatlarının Türkmən, Ərəb, Suryani və başqa millətlərə, hətta onların bu vəhşiliklərinə qarşı olan kürdlərlə bağlı törətdikləri cinayətləri kəskin şəkildə qınayaraq, bu cinayətlərin həmən dayandırılmasını və belə bir vəhşiliklərin təkrar olmamasını tələb etmişlər.

Hazırda 450,000 Suriyəli kürd PKK, PYD və YPG,nin etdiyi zülüm və cinayətlərindən dolayı öz doğma yurdlarından qaçmaq məcburiyyətində qalaraq, Türkiyədə qaçqın şərayitində yaşamaq zorunda qalmışlar.

Birləşmiş Millətlər Təşkilatının başqanı Antoniyo Qutereş, BMT,nin "Əmniyyət Şurası"na verdiyi 57-ci raportunda bu ilin sentyabr ayının sonlarından etibarən Suriyənin quzeyində 250-dən artıq məktəbdə PKK, PYD və YPG tərəfindən Ərəb dilində eyitimə yasaq qoyulduğunu söyləmişdir.

PKK,PYD və YPG,nin bu millətlərə qarşı etdiyi vəhşiliklər və cinayətlər o dərəcədə olmuşdur ki, hətta İran Kürdüstan Demokrat partisinin "Kurdistan Midiya" sitəsi, Uluslararası Əf Qurumunun 13 oktyabr 2015-ci ildə bu cinayətlərlə bağlı verdiyi raportu yayınlamaq məburiyyətində qalmışdır.

Bu raport, YPG,ni Suriydə etdiyi hərbi cinayətlərdən dolayı günahlandıraraq, qeyri-kürd əhalinin evlərini yıxıb və onları köçə zorlamaqda ittiham etmişdir.

Times qəzetəsi, 1 iyun 2015-ci ildə minlərlə ərəbin kürdlər tərəfindən etnik təmizləmələrə məruz qalaraq, öz evlərindən qovulduqlarını yazmışdır.

Eləcə də "Global Reserch" 15 iyun 2017-ci ildə Amerikanın himayəsi altında olan YPG kürdləri, Rəqqə də ərəbləri etnik təmizləmlərə məruz qoyduğunu və dünyanın bu cinayətlərə səssiz qalmasından yazmışdır.

Bu faktlar PKK, PYD və YPG,nin insanlığa qarşı işlədikləri dəhşətli cinayətlərdən sadəcə bir neçə kiçik örnəkdir və onların cinayətlərilə bağlı onlarla və yüzlərlə belə fakt dünya basınında yayınlanmışdır.

Burada PKK, PYD, YPG və PEJAK kimi teror örgütlərindən söz açdığımızda, bunların Amerika başda olmaq üzrə Qərb dövlətləri tərəfindən yürüdülən və Böyük Kürdüstanın da mərkəzində yer alan Böyük Ortadoğu projəsində böyük və önəmli rol aldığı kimi, İŞİD,ində bu qanlı projədə olduqca böyük və önəmli rol aldığına qısada olsa işarə etməmək doğru olmaz.

İraq-Şam İslam Dövləti yaxud qısa adıyla deyilən İŞİD, 2006-cı ildə bəzi Amerikalıların təşəbbüsilə biraraya getirilen ve içlerinde Əbu Bəkr Əl Bağdadi,nin də olduğu Əl-Qaidə,nin İraqdaki 12 mənsubu tərəfindən İŞİD Xəlifəliyi hədəfiyle İraqdaki Kamp Buka zindanında qurulduğu bilinir

Ardından Avropalı istixbarat təşkilatları raporlarına görə 120 ölkədən təxminən 40 min kişi İŞİD,ə qatılmaq məqsədilə Suriyə və İraqa keçmiştir.

İraq və Suriyəni parçalamaq məqsədilə qurulan İŞİD, onun keçmiş CİA başqanı Petreaus tərəfindən qurulduğu bildirilir.

Hilari Klinton İŞİD,in Amerikanın bir projəsi olmasını deyir. Senator Pol Rand deyir ki,"İŞİD,i biz silahlandırdıq." Graham Fuller, keçmiş Amerikanın Ortadoğudaki CİA rəisi, İŞİD,in əsas yaradıcısının Amerika olduğunu deyir. 2013-cü ildə hələ İŞİD,in ortaya çıxmasından az öncə cümhuriyyətçilər partisindən prezidentliyə aday olan "Can Macain"in Əbu Bəkr Əl Bağdadinin də aralarında olan bir qrupla birlikdə toplandıqları şəkilin məcazi dünyada geniş şəkildə yayıldığı, bu qanlı və qəddar terorçu örgütün Amerika dövləti tərəfindən yaradıldığına heç bir şübhə yeri belə qoymur.

Amerika presidenti Donald Tramp da bu gərçəyi öz danışıqlarında təsdiqliyərək, "İŞİD,in Obama tərəfindən yarandığını vurğulayıb və onun prezident Obamayla qürur duyduğunu söyləyir. Bəli O, İŞİD,in qurucusudur. Mən şarlatan Hilari Klintonun, Obama ilə birlikdə İŞİD,in yaradılmasına inanıram." Qeyd etmək lazımdır ki, ağ saray bu günə qədər bu ittihamlarla bağlı heç bir mövqe tutmamışdır.

Əslində Amerikanın yaratdığı İŞİD kimi cinayətkar, vəhşi və qaniçən islamçı örgüt, sözdə solçu bir örgüt olan PKK və onun Suriədəki uzantısı olan PYD-YPG, qanlı bir projənin baş rolçuları, yaxud bir sikkənin iki üzü olaraq hər ikisinin də Amerikanın muzdlu (mozdur) əsgərləri və onun oqulluğunda olmalarıdır. Amerikanın neçə illərdən bəri apardığı Böyük Ortadoğu projəsinin əsas işbilikçiləri olan bu terorçu qurumlar, bu bölgələrdə yüzminlərlə insanının vəhşicəsinə öldürülməsi və milyonlarla insanın öz doğma yurdlarından qaçmaq zorunda qalaraq didərgin düşmələrində, həm də bu bölgələrin qan gölünə dönməsində onların əsası rolları olub, hər ikisidə insanlığın üz qarası olaraq bütün insan və insanlığa qarşı eyni cinayətləri və suçuları işləməkdədirlər.

Ancaq bu terorçu təşkilatların hər birisinin aldığı rollar və onlara verilən görəvlər fərqli olmuşdur. İŞİD, əsasən qəddarlıq və bərbərliyin simvolu olaraq aldığı kənd və şəhərlərdə yerli əhalini özünə tabe edib və onlara tabe olmayıb boyun əyməyənləridə tam vəhşicəsinə öldürüb və yaxud öz doğma yurdlarından qovub didərgin salmaqla görəvləndirilmişdir. Yəni tamamilə qəddar, vəhşi, qaniçən və qatı bir islamçı terorçu rolunda, həm də öldürüb, yıxıb və yaxmaqla görəvləndirilən bir örgüt.

PKK, PYD-YPG-nin başlıca görəvi isə, bölgədə böyük qəhrəmanlar olaraq azadlıq və demokrasi carçıları və insanlığın simvolu olaraq sözdə İŞİD kimi bir qəddar, cani və vəhşi islamçı terorçu örgütə qarşı mücadilə aparıb və İŞİD,in işğal etdikləri və təxminən yerli əhalidən təmizlənib və boşaldılan yerləri geri almaq olmuşdur.

Ancaq senaryo əsasında olduğu kimi İŞİD kimsənin heç gözləmədiyi bir anda çıxıb və ildırım sürətilə Suriyə və İraqın böyük bir ərazilərini, eləcə də çox böyük və stratejik önəmə malik olan Musul kimi şəhərləridə işğal edərək, öz islami xəlifəliyini bütün dünyaya elan etdi. İŞİD,in İraq və Suriyə qoşunlarına qarşı qısa sürədə bu böyük və inanılmaz hərbi zəfərləri, PKK, PYD-YPG,dən bütün dünyaya böyük bir üsturə və qəhrəmanlıq simgəsi yaratmaq üçün bu qələbələr vacib və lazım sayılırdı və ilk başda onlar öz hərbi güc və necə böyük savaşçıl olduqlarını göstərərək bu bölgələri bacardıqları qədər işğal etməliydirlər. Çünki bu bölgələrin yerli əhalisindən təmizlənməsi və onun demoqrafik yapısı yəni milli tərkibinin tamamilə dürdlərin xeyrinə dəyişdirilməsi, Böyük Kürdüstnın yaradılması üçün əsasi şərt sayılaraq bu qanlı projənin ayrılmaz tərkib hissəsi və vacib məsələlərindən biri sayılırdı. İŞİD,in də ilk hərəkətə keçib və ardından PKK, PYD-YPG,nin sözdə və zahirdə Amerika başda olmaq üzrə Qərb dövlətlərinin yardımıyla İŞİD,ə qarşı hücuma keçməsi, öncədən planlaşdırılmışdı çünki İŞİD bu bölgələrdə həmişəlik və qalıcı deyildi və onlar gəldikləri kimi getməlidilər, ancaq PKK,PYD-YPG qalıcı və bu sahibsiz və əslil yerli sakinlərindən boşaldılan yerlərə hakim olub və Böyük Kürdüstanın yaranmasına şərayit yaratmalıydılar.

Onlar, Amerika başda olmaq üzrə Qərb dövlətlərinin hərbi yardımı və İŞİD,ə qarşı havadan və qurudan apardıqları böyük əsgəri hücumları və zahirdə qanlı və şiddətli çatışmalarla onu məğlub edib və İŞİD,in silahlılarının qaçmasıyla ardından PKK, PYD və YPG,nin silahlı dəstələri sözdə azad olan bu yerləri işğal edirdilər. Beləliklədə onlar, evlərini tərk edə bilməyib yaxud tərk etmək istəməyib və bölgədə qalan günahsız əhalini İŞİD,in işbirlikçiləri kimi göstərərək, bir çoxunu öldürüb və qalanlara da gözdağı verib hədə qorxu gəlməklə, öz evlərindən qaçmağa məcbu etmişlər.

Bu olayların ardından gülünc bir senaryo əsasında bütün Qərb mediyası tərəfindən PKK, PYD-YPG teror təşkilatları Kürd millətinin layiq təmsilçiləri olaraq dünya ictimaiyyətinə xeyr və insanlıq simgəsi kimi göstərilsədə, İŞİD isə şər simvolu kimi bütün insanlığın üz qarası, cinayəkar cani bir islamçı teror örgütün olaraq göstərilir. Eləcə də bütün Ortadoğuda İŞİD,in qarşısında durub ona qarşı savaşan, həm də demokri uğrunda mücadilə aparıb laik və sekular dövlətçiliyə inanan təkcə millət kürdlər və onun təmsilçiləri olan yalnız PKK, PYD-YPG olduğu böyük ölçüdə təbliğ edilir.

Özəlliklədə bu təşkilatların qadınlardan ibarət olan silahlı dəstələrinin İŞİD,ə qarşı döyüşləri olduqca qabarıq və sünii şəkildə şişirdilərək, güya təkcə kürd qadınları bu bölgədə belə bir şüur və savaş qabiliyyətinə malik olaraq geniş şəkildə Qərb mediyası tərəfindən təbliğ olunmaqdadır.

Məmməd bəy Azadgər və solçu azərbaycanlı Türklər başda olmaq üzrə İran adına fəaliyyət göstərən bütün sol parti və qurumların Amerika və Qərb dövlətləinin əlində tamami ilə oyuncaq olub və onların maşası olan belə bir teroçu, fasid və mafiya bandlarını demokratik parti və qurumlar olaraq göstərməsi və onları qeyd-şərtsiz müdafiə etmələri qara bir ləkə olaraq, həç zaman onların üzərindən silinmiyəcəkdir.

Əcəba Məmməd bəy Azadgər və onun kimi düşünən bütün solçu Türklər və İran mərkəzli sol parti və qurumların PKK və onun Suriyə və İran qolu olan PYD, YPG və PEJAK kimi Mafiya və hər cürə pisliklər içində boğulan və narkotik qaçaqmalçı həm də qatı kürd millətçisi və Türk düşməni olan partı və qurumları demokratik, inqilabçı və sol təşkilatları kimi göstərib sorğu-sualsız müdafiə etmələri, eyni şərayitdə olan hər hansı bir başqa millətin parti və qurumlarıyla da bağlı keçərlimidir!!??

Nədən Məmməd bəy və onun kimi düşünən bütün solçu Azərbaycanlı Türklər və onların bağlı olduqları İran mərkəzli sol parti və qurumlar, eləcə də bütün paniranist qüvvələr heç düşünmədən və heç bir gərçəyi yansıtmadığı halda, Azərbaycan milli azadlıq və qurtuluş hərəkatına mənsub olan insanlara həmən pantürkist damğası vurub və onları irqçı olmaqda ittiham edərək Türkiyə, Ərdoğan, Bakı yaxud Əliyevin nökərləri kimi göstərməyə çalışırlar.

Əcəba Güney Azərbaycanın yaxud başqa hər hansı işğal altında olan başqa bir əsir millətin sadəcə milli bir fəalı və yaki siyasi bir partisi eyni PKK və onun uzantıları olan PYD-YPG şərayitində olsaydı, Amerika başda olmaqla Qərb dövlətləri, eləcə də İran İslam rejimi simasında Fars faşizmi başda olmaq üzrə İranın bütün sağçı və solçu parti və qurumları tərəfindən daşqalaq edildikləri və ölüm hökmülərinin əmri həmən verilməsi istənməzdimi.!!? Əcəba hər bir millətin öz azadlıq və qurtuluşu uğrunda apardığı mücadilədə belə bir iyrənc münasibətlərin olması bütün əzilmiş və zülm altında olan əsir millətlər üçün də keçəlimidir!!??

Yoxsa istisnalar var və kimsənin onlardan xəbəri yoxdur!!??

30.12.2018

Ardı var