ƏHMƏD URMUOĞLU
Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (18-ci bölüm)
7-Güney Azərbaycan Türklərinin qurtarıcısı və yardıma gələn müstəmləkəçi Türk Osmanlı dövlətinin işğalçı ordusu!!??
Erməni və Asurilərin İngilis və Rusiya işğalçı dövlətləri başda olmaq üzrə Qərb dövlətlərinin göstərişi və təlimatı əsasında Türk millətimizə qarşı 100 ildən artıq bir sürədə törətdikləri bütün cinayətlərin və dəhşətli qətiamların bütün təfərrüatı, həm də gərçəkləri əks etdirən bir çox bəlgələrin əldə olmasına rəğmən Məmməd bəy Azadgərin bunlardan xəbərsiz olması və yaxud xəbəri olubda bu haqda susaraq onlara laqeyd qalması çox təəccüblü və düşündürücüdür. Çünki siyasət aləmində olduqca iddialı bir solçu olan, həm də özünü qabaqçıl bir aydın bilib və uzun illərdən bəri siyasət meydanında dört nala at çapdıran birisi, dünyanın hər bir yerində əzilmiş bir millətin başına gətirilən hər bir kiçik faciədən xəbərləri olduğu halda, öz millətinin başına gətirilən dəhşətli bir faciədən xəbərsiz olması qəbul edilməz bir haldır.
Əcəba bir iddialı insan öz millətinin taleyinə və onun başına gətirilən faciələrə heç biganə qala bilərmi!!??
O, eləcə də bütün bu olanların tam əksinə və onları görməməzlikdən gələrək Mehran bəy Baharlını Erməni düşməni olmaqda ittiham edir. Lakin Məmməd bəy bilməlidir ki, Ermənilərə qarşı düşmənçilik edən heç zaman azərbaycanlı Türklər yox, bəlkə bu Ermənilərdir ki, öz ağaları olan Qərb dövlətləri, Rusiya və xristian dünyasının planları əsasında yüz ildən artıqdır ki, bütün Türklərə düşmən kəsilərək onlara qarşı inanılmaz böyük bir kiynə və nifrət bəsləməkdədirlər.
20-ci yüzilin başlarından etibarən Quzey Azərbaycanda Ermənilər, Güneydə isə Erməni və Asurilər tərəfindən Türk millətimiz olduqca dəhşətli bir soyqırımlara məruz qalmışdır. Erməni və Asurilər ancaq Rusiya, İngiltərə, Amerika və Fransa dövlətlərinin göstərişi və hər tərəfli yardımları əsasında Urmu, Salmas, Köhnə Şəhər və Xuyda düyanın heç bir yanında tayı və misli görünməmiş belə bir vəhşi soyqırımı həyata keçirə bilmişlər. Guzey Azərbaycanda isə Xocalı soyqırımı və onun 20 faiz torpaqlarının Erməni quduzları tərəfindən işğal edilməsi və bir milyondan artıq insanımızın öz doğma yurdlarından qovularaq didərgin düşməsi, Türk millətimizə qarşı bu cinayətlərin yenədə bütün şiddətilə dəvam etməsindən xəbər verməkdədir.
Güney Azərbaycanda həyata keçirilən bu qanlı soyqırımda ancaq, Amerikanın dini misiyonerinin başçısı və 1918-ci ildən etibarən bu dövlətin Urmudaki baş konsulu Vilyam Şedd, Çar Rusiyasının Urmudaki baş konsulu Bazil Nikitin, İngiltərənin Təbriz baş konsulu və Fransanın qırmızı aypara qurumu adı altında urmuda fəaliyyət göstərən Ambulans Təşkilatının rəyisi doktor Kujul, eləcə də Urmu və Salmasda fəaliyyət göstərən onlarla xristian dini misiyonları birbaşa məsuliyyət daşıyırlar.
Məmməd bəy və onun kimi öz tarixini bilməyən və yaxud bilib də, ancaq pantürkist damğası vurulmasın deyə gərçəkləri deməyə cürəti olmayan bu zatların hər halda bilməsi üçün 2003-cü ildə "Urmu Soyqırımı" ilə bağlı yazdığım ətraflı və uzun bir məqlədən bəzi sitatların burada gətirilməsini məqsədə uyğun görürəm.
"Mart ayının 18-i (isfənd ayının 26-sı) Urmu soyqırımının 85-ci ildönümüdür. 85 il bundan öncə 18 mart 1918-ci ilin (günəş ili 1296) axır çərşənbəsi, vətənimiz Azərbaycanın Urmu şəhərində Türk Millətimiz "Ciloluq" adıyla tanınıb tariximizə keçən hadisələrdə Erməni və Asurilər tərəfindən olduqca qəddar, dəhşətli və vəhşi bir soyqırıma məruz qalmışdır. Azərbaycanın tarixində tayı görünməmiş bu vəhşi soyqırım nəticəsində yalnız bir gün içində Urmu şəhrində 12-15 min azərbaycanlı Türklərindən ibarət uşaq, gənc, qoca və qadın insanlığa yaraşmayan bir vəziyyətdə tam vəşicəsinə öldürülmüşlər. Onlar kimsəyə rəhm etməmişlər.....
O acınacaqlı və fəlakətli günlərin şahidi olan Rəhmətollah Tofiq, Rəhmətollah xan Mötəməd olvozare, Əli Dehqan, Məhəmməd Təməddün və başqalarının yazdığına görə bu gün hər kəsə gərçəkdən məhşər gününü xatırladırdı. Çünki şəhərdə bütün çarəsiz insanlar birlikdə ağlayırlar, haray çəkərək, ahu nalə edirlər. Belə bir qorxulu və dəhşətli mənzərə ancaq və ancaq məhşər günündə ola bılər.......
Güney Azərbaycanın yalnız Urmu şəhəri və çevrəsində 200 min və toplam 300 min Azərbaycan Türkünün ölümüylə nəticələnən bu dəhşətli soyqırımın qanlı senariyası İngiltərə başda olmaqla onun müttəfiqləri olan Rusiyə, Amerika, Fransa və başqa Qərb dövlətləri və xristian təşkilatları tərəfindən birlikdə həyata keçirilmişdir.....
İngilis generalı Meycer Grasinin rəhbərliyində Amerikanın ilk öncə Urmudaki dini misiyonunun rəyisi və 1918-ci ildən etibarən onun baş konsulu Vilyam Şedd, Rusiyənin Urmu baş konsulu Bazil Nikitin, Fransanın Ambulans təşkilatının Rəyisi dr. Kajul, Asuri rəhbərlindən Benyamin Marşimon və Osmanlı dövlətinin Urmudaki konsulluğunun keçmiş attaşəsi Petros Ağa İyllu və Erməni daşnaklarının rəhbərləridən İbrahim Xan, eləcə də Asuri və Ermənilərin iştirakilə Urmuda böyük bir miting təşkil edilərək, Erməni-Asuri silahlı ordusunun yaranması təsdiq olunub, general Meycer Grasinin planı ürəkdən qəbul edilir. Onlar belə bir qərara gəlmişlər ki, 250 Rus zabit və ordunun yaranması üçün lazimi qədər pul və silah göndərilsin.” (bax. Bizim Kiçik Müttəfiqimiz, London 1920 s.35-36).
Qeyd olunmalıdır ki, hələ bu olaylardan öncə Amerikanın baş Konsulu Vilyam Şedd,in Urmu əhalisinə müraciəti və onların öz Türk qardaşlarına və osmanlı dövlətinə qarşı silahlanma təklifi Türk əhali tərəfindən rədd edildikdən sonra onun Erməni və Asurilərin silahlandırılmasında böyük rolu olmuşdur. O, həm də onları bizə və Türk ordusuna qarşı gedən savaşlarda qullanmış və Türk millətimizin vəhşicəsinə qətilam edilməsində yaxından iştirak edərək, bütün bəşəriyyətin üz qarası olan bu insanlığa zidd olan cinayətlərin başda gedən amillərindən biri sayılır........
Rus zabiti olan general Kozmin,in baş komandanlığı altında 30 min nəfərlik bu ordunun yaranmasında Urmuda qalan 800 Rus qazaq və zabiti, 72 Fransız və bir çox Erməni zabiti iştirak etmış və onu yönətmişlər. Bu ordunun yaranmasına Fransa dövləti o zamanın pulu 20,000 frank ayırmışdır. Rusiya İnqilabından sonra vətənlərinə geri dönən Rus ordusunun Urmudaki əsgərlərinin balşoviklərə bağlı olan inqilabçı komitəsinin başında duran zabiti bolşovik Məlah Saltikov, Ermənilər yazıqdı deyə özəlliklə böyük miqdarda silah və sursat Erməni daşnaklarına vermişdir!!??
Yaradılan Erməni-Asuri ordusunun baş komandanı Rus zabiti general Kozmin təyin edilmişdir. Dr.Heri Pakard Amerikanın Urmudaki konsulunun muavıni Ermeni-Asurilərin intizamat rəyisi və Petros Aga iyllu Urmu Kəndlərinin təhlükəsizlik rəyisi vəzifəsinə təyin edilmişlər.......
O qara günləri yaşayan və bu cinayətlərin canlı şahidi olan Mötəməd olvozarenin yazdığına görə, ”yalnız Urmu vilayətində birinci dünya savaşı illərində (1914-1918) bu faciəli soyqırımda 200,000 azərbaycan Türkü Erməni-Asurilərin soyqırımına məruz qalmış və yaxud bu soyqırımın ardından acılıq, qıtlıq və yayılan tifus, tifoyid, malariya və başqa xəstəliklərdən dolayı həyatını itirmişdir. Yalnız Urmuya dəyən ziyan o zamanın puluna görə 100 milyon tümən və təcavüzə məruz qalan gənc qadın və qızların sayı neçə mindən artıq olmuşdur.”(bax. "Urmu Dünyanı Yaxan Savaşda" s. 230)
Urmu soyqırımı 159 gün sürmüş, cümə günü 22 fevral 1918-ci ildə (3 isfənd 1296) başlamış və çərşənbə günü 1 avqust 1918-ci ildə (8 murdad 1297) Türk ordusunun zəfərlə şəhərə girməsi və qan içən Erməni-Asuri quduzlarının yenilib qaçmasıyla sona çatmışdır....."
(bax."Urmu Soyqırımı" Əhməd Urmuoğlu 16.03.2003)
Olduqca təəccübli burasıdır ki, Güney Azərbaycanda Türk millətimizə qarşı həyata keçirilən ağıla sığmayan bu cinayətlərin və dəhşətli soyqırımların nə ölçüdə olduğu bütün bəlgələri ilə əldə olduğu halda, bu gündə bir çox paniranist solçu azərbaycanlılar heç utanmadan Erməni sorunu və məsələsini Güney Azərbaycanın sorunu olmamasını söyləyib və onun Quzey Azərbaycandan gəlməsini iddia edirlər.
20.01.2019
Ardı var