Açıqlama
Sayğın və dəyərli dostlar:
Son günlərdə Çöhreqani bəy mən və həyat yoldaşım Əfsanə Sulduzluya vurduğu çirkin iftralar və yalanlardan dolayı, milli hərəkatımızın bu günkü ağır durumunda, çox üzüntü ilə öz haqqımda neçə qonuda açıqlama verməliyəm.
Bilgin adı
1998-də unudulmaz rəhmətlik Həsən bəy Dəmirçi ilə ilk görüşüm Stokholmda oldu. Ona soy adımı sevmədiyimi dedim, dedi Fazelianın məənası Bilgindir məndə sevdim bu adı və götürdüm. Zaman keçib üç il sonra 2001-də ilk dəfə Çöhreqani bəyi gördüm, indi isə bəy idda edir mənə Bilgin adını o qoymuşdur! Bu tam bir yalandır.
Sulduzda Kürdlərlə birgə Türkləri öldürmüşəm!!??
2001 ilində Çöhreqani bəy İsveçə gələndə üç iliydi Azərbaycan Səsi Radiyosunun aparıcısıydım. Həyat yoldaşım Əfsanə Sulduzlu isə İsvəç Azərbaycan Fedrasiyasının başqanıydı.
Lobiçilik fəaliyətlərində o cümlədən Avropa Şurasında görüşlərə gedərkən mənim önəri və israrımla Çöhreqani bəy taşkilatlanmağa maraqlandı. “Güney Azərbaycan” sözünün təşkilatın adında olması üstündə dayandım, çoxlu danışmaqlardan sonra GAMOH adı ortaya çıxdı. 2002-də ilk toplantını Bakıda keçirdik və ardından anayasa, bayraq və təşkilat bölümləri və özəlliklə iç qolun yaranması haqda birlikdə qərarlar aldıq və Güneyin ən güclü təşkilatın yaranmasına imkan yarandı .
Dışarıda Çoxlu olumlu işlərimiz oldu, doğal olaraq çoxlu problemlərimizdə olurdu .
Hər muxalifinə balaca fikir ayrılıqları üstündə tohin və iftralarla vuranda, dostlarla birgə ortamı yumuşatmağa və səhvlərini yumağa çalışardıq. Bu qonuda onlarca örnək verəbilərəm.
İllər boyu ona və ailəsinə maddi yardımılarım üçün mənə qarşı yumuşaq davranmağa çalışardı ancaq 2007-ci ilin sonunda aramızda “Azərbaycan və Türkiyə prezidentləri ilə davranış tərzində ciddi ixtilaf çıxdı. (taşkilat qonusunda da önəmli fikir ayrılıqlarımız varıydı). O mənim ona muxalif olub yalnışlarını deməğimə dözə bilmədi, sonunda bir gün internetdə öz səsi ilə Güya! açıqlama gətirdi ki ona xəbər gəlib ki Mahmud Bilgin Sulduzda Kürdlərlə birgə Türkləri öldürüb. 7il birgə çalışanda bu xəbər ona yetişməmiş, fikir ayrılığımız olarkən xəbər yetışmış!.Beləkillə məni başqan yardımcılığından uzaqlandırdı. Yolumuz ayrıldı. Mən onun xarakterini tanıdığım üçün özümdən difa etməni boş verdim, milli hərəkətin gündəmində daha önəmli sorular olmalıdır deyə şəxsi haqqımdan vaz keçib 12 il susdum.
Nə yazıq ki 12 il o günlərdən keçsədə bu iftira və yalanlama kampaniyası hala davam edir.
Çöhreqani yeni yalanlamasında iddia edir mən və hayat yoldaşım ona demişik 1979-ci ilin baharında, Sulduzun qanlı terör olaylarında, biz Hicrinin silahlı güclərilə birgə 700 Türkü öldümüşük!! Bu çirkin iftiraya gəldiğimizdə, 40 il bundan öncəki günlərimi danışmalıyam:
- 1335(1956) də Urmuda bir Azərbaycanlı Türk ailəsində dünyaya göz açdım. 1355də Mazəndaran Universitəsində 20 yaşındaikən Çirik Fədai təşkilatı və özəliklə Cəzəninin yazıları ilə tanış olub şahçılıq sistiminə qarşı mücadiləyə başladım.
- 57 inqilabından iki ay öncə Urmiyədə şaha qarşı eetiraz aksiyasında yürəyimin yanından bıçaqlanaraq (şəhərin ilk yaralılarından olaraq) iki ay xəstəxanada qaldım (əməliyatda Hepatit B qanı vurduqları üçün sarılıq tutaraq inqilab günlərini Urmu xəstəxanasında keçirdim).
- Bəhman inqilabından həmənn sonra, O zamanlar Azərbaycan Milli Təşkilatları olmadığı üçün İrançılıq düşüncəsi əsasında Demokrasi və toplumsal Ədalət mübarizəsi yolunda (məzhəbi ya solçuluq düçüncələri arasında) Fədai təşkilatında fealiyətə başladım.
Sulduzda Kürd Terör hərəkəti
1358-ci ilin ilk bahar ayında mən Mazendaran Universitəsində Elektroteknik sahəsində son termi oxuyarkən Sulduzda Kürd Demokrat Təşkilatı Sulduzu qana bələdi. Aancaq, neçə gün sonra Hücətulislam Həsəni və Burçalı cənablarının Urmudan Sulduza milli qüvvələrilə gəlmələri və Məəbudi cənabın milli güclərilə birləşərək Kürd silahlı qüvvələri yüzlər kilometr Sulduzdan uzaqlara qaçmağa məcbur etdilər. Deməliyəm mənim Dayım Burçalı komitə üyəsi olaraq Sulduzun azadlığında iştarak etmişdi, habelə o qanlı günlərdə hayat yoldaşımın iki qardaşını Kürd silahlı qüvvələri əsir alaraq özlərilə aparmışdırlar. Hayat yoldaşım Əfsanə Nouri, sulduzun yerli tanınmış ailələrindən və rehmətlik Məəbudinin qohumlarındandı.
Men nə inki o günlər bəlkə o günlərdən 6 ay sonrasına qədər nə tək Sulduzda, bəlkə Güney Azərbaycan topraqlarında belə olmamışam!!
Mən 1358-ci il mehr ayında (Sulduz olaylarından 6 ay sonra) 23 yaşında teknik öyrətməni olaraq Sulduzun Teknik oxulu (Hunəristanında) işə başladım. Mən Sulduza gələndə heç Kürd Terör elemanı bölgədə yoxuydu! Bir çox Kürd vətəndaşı belə Sulduzdan qaçmışdı.
Çöhreqani bəy bilərəkdən yalan uyduyur
- Kürd -Türk savaşında Sulduzda olmamışam, bunu 40 il öncə bütün məni tanıyan öyrətmənlər, tələbələr, yaşlı milli feallar şahiddirlər. Necəki 12 il öncə ilk dəfə Çöhreqani bəy bu çirkin iftiranı vuranda tanınmış milli fəal sayın Ərsalan bəy Mərdani mənim o zamanlar Sulduzda olmadığımı təsdiq etmişdir.
- Mən əsgərlik etmədiyim üçün (5 il eytim vermək zorudəydım) heç zaman silah əlimə almamışam və qullanmağını belə başarmıram! Əlbəttə şübhəsiz ki azadlığımız üçün gərəkirsə sevə sevə öyrənərəm.
- Kürdlər Sulduzda o ərəfədə 700 Türk öldürə bilməyiblər ki mən və hayat yoldaşım onun aparıcılarından olaq.
- 1358-62ci illər Sulduzda olduğum zaman Fədai (Əksəriyyət) örgütünün gənclər və öyrətmənlər sorumlusuydum. Heç bir Kürd örgütü ilə ilişgim olmamış ki mən onlarla silahlı iş birliyimdə olsun! (habelə heç zaman Fədaiların Urmu şəhərində sorumluluğum olmayıb)
- Yalançının hafizəsi güçsüz olar! Mən Hicri (indiki Kürd Demokrat Partisinin başqanı) ilə ilk görüşüm Sulduz xalqın qanlı olaylarında yox, bəlkə Çöhreqani bəyin istədiyi əsasında GAMOH başqan yardımcısı olaraq 2005(1384)-də Londonda Fars olmayan millətlərin 13 təşkilatın ,liderlərinin işbirlik toplantısında olubdu! (Mən 2001 ilində GAMOHun yaradıcılarından olaraq 2007-nin sonunadək GAMOH-AT başqanı və GAMOHun başqan yardımcısı olmuşdum). Aynı toplantıdada biz və onların arasında (Hicri –Həsənzadə) gərginlik yarandığı üçün iki cibhəyə bölündük.
Şəriətmədari Hərəkatı
- 1358 – 59 (1979-80)da, Oxulda eytim verdiğimdə hər zaman (özəlliklə iş quralları dərsi saatlarında) Türkcə dərs vermişəm və hətta digər kilaslardan da bəəzi tələbələr bu məsələyə maraqlanıb dərslərimdə iştrak edərdilər.
Solçu olaraq Xomeyniyə qarşı Şəriətmədaridən himayə edərdim, vilayəti fəqihə qarşı və İranda Federal ölkə olmasını Şəriətmədarı adı altında təbliğ edərdim. Özəlliklə Sulduzda Şəriətmədari və onun numayəndəsi Molla Mühərrir çox güclüydü.
- Mən Xalq Müsəlman Hərəkətin milyonluq aksiyalarında Təbrizdə iştrak etmişdim. Çirik Fədai iki bölünmüşdü, azlıq Şəriətmədarinin yanında və çoxluq ona qarşıydı. Dostlarımın çoxu Fədai əksəriyyətdə qaldığı üçün məndə Əksəriyyətdə qaldım ama Şəriətmədarini Xumeyniyə tərcih edirdim .
33 il önçə Solçu olaraq vətəndən qaçdım .25 ildir millətçi olaraq yürəyimdə vətənimlə yaşıram.
Çöhreqani bəy haqda sayğı dəyər dostlarım Hüseyn bəy Türkelli və Abbas bəy Cavadi keçmişdə açıqlamalarda bulunmuşdurlar mən isə susmuşdum ancaq gərəkirsə bu qonulardada açıqlama gətirə bilərəm:
1- Milli Feallara qarşı iftira və qara yaxmaları
2- Mühəndis Əmani bəyin şəhadətindən sonra yalancasına onu öz ilk başqan yardımcısı kimi elan etməsi
3- Milli Hərəkat adı ilə yardım alıb, ancaq öz şəxsi yaşayışında xərc etmələri
4- Qaçqın milli feallarımıza təyidiyə tələbləri qarşısında pul istəməkləri
5- Almaniyada Mahmud Tikanın və Azərbaycanda Cahandar Bəy oğlunun güya onu öldürmək istədikləri haqda
6- Səyasət adı altında tanınmış şəxslərə ihanətləri (o cümlədən Mehriban xanım və sayın İlham Aliyev) və siyasi düçüncələrində İki üzlü davranışları
7- Yüksək səviyədə olan siyası görüşlərdə yersiz və boş boş danışıqları haqda
8- Geri qalmış əxlaqi baxışları, özəlliklə qadınlar haqqında
9- Mənlik əsasında dar siyasi düçüncələri haqda
10- Təşkilatçılığa inanmaması (Örnək üçün, 11 nəfər icrayi siyasi heyət üyələrinin 5 nəfərini o təəyin edirdi! ancaq heç bunu da belə qəbul etmədi)
11- UNPO ilə bağli GAMOH və GADP üyəliyində, başımıza gətirdiyi oyunlarla bağlı
12-2006 İstanbul Baki deportların ,onda yaradan olumsuz düşüncələri, siyası təşkilatı açıdan etgiləri haqda
13-2007-cı ilin sonundan mən ayrılandan sonra, əlibağlı qalıb Vaşinqtondan bizim lobiçilik, birlik çabalarımız, Azərbaycan və Türkiyədəki fealiyətlərimizi uzaqdan izləməsi onun üstündə böyük basğı yaradıb eləki olumsuz işləri haqda özəlliklə son ildə İstanbulda olanlardan və yaydığı iftralarla bağlı,danışa bilərəm.
Mən onun özəl geri qalmiş ilişgiləri haqda əlbəttə ki danışmam, o onun özəl hayatı. Ancaq, üstdəki hər hansı qonunu gərəkirsə açıqlaya bilərəm.
Çöhreqani bəy 1996 seçgilərində milli hərəkatımızda olumlu rol oynamış hərəkatımız daha canlanmış, məndə 7 il çalışdım ona yardımcı olub bəlkə onun vasitəsilə Güney Azərbaycanda örgütləşmə problemini çözək. Özüm və bütün ailəmlə birgə maddi və düşüncəsəl və əməli işlərlə bütün imkanımdan faydalandəm, heç nəyi əsirgəmədim. İstədiğim kimi ,vahid bir örgütdə, başarılı olamadıq, ama 2001 dəki çabalarımız bu gün Yeni GAMOH, GADP ,AZOH və GAMOHun bəəzi sağlam üyələrini milli hərəkatımıza pay verdi.
Çöhreqani bəyin olumsuz və dağıdıcı davranışlarına baxmayaraq, bir sıra qonularda da o illərdə(2001- 2007) önəmli başarılar əldə etdik:
_ GAMOH iç qolunun yaranması, dışarıda GAMOH-AT, GAMOH-TCT, GAMOH, AKT və üst üstdə 16 şəhərdə boruların yaranması
- Güney Azərbaycan sözünün siyasiləşməsi və gərçək bir fakt kimi qebul olunması
- Güney Azərbaycan Milli Hərəkatın Bayrağı
- Öz gələcəyin bəlirləmə haqqı siyası istrteji kimi qəbul olunması
- Lobiçilik haqda atılan bəəzi addımlar
- Dışarıda Güney Azərbaycan kültür sahəsində çabalar,ı siyasiləşməyə yön tutması, digər siyasi Partiyaların yaranması
- Güney Azərbaycan Səsi Radiyosunun bir il İrana canlı yayılması və illər boyu avropada yayılması
- Türkiyə və Azərbaycanda Güney məsələsi daha artıq gündəmə gəlməsi
Və ....
Və!, 1995-də rəhmətlik Zehtabi və dostları başqa daha yetənəkli və siyasi – təşkilatçı adayı bulmuş olsaydılar, bu gün milli Hərəkatın gücü özümüzlə mucadiləyə yox, Fars şovinizminə qarşı odaqlanmışdı.
Güney Azərbaycan Demokrat Partisinin (GADP)sözçüsü
Mahmud Bilgin
2019.08.08