Yarı Hənək - Yarı Dəyənək
Sistim yaradaq varsa nəcat , sistim içində
Haqq vardı,cəza,həmdə həcat sistim içində
Düzənlə belə ki orada haqq əmək olsun
Sağlam düşünən canla çalış sistim içində
Təşkilati qur böylə ki rəyy orda danışsın
Seçməklə seçilmək danışar sistim içində
Sistim dediyin bir çalışqan ağlıdır , üstün
Üstün ağıla yer verək biz sistim içində
Uzmanlar əli ilə yönətək işləri bir bir
Uzman becərək ustadı biz sistim içində
Qoy izn verək bir neçə il ağıl danışsın
Gör sağlam əməl dadlı fikir sistim içində
Söylə mən için doğru nədir şərr nədir bəs ?
Hər şərri bitirmək tək olar , sistim içində
Rəhm ilə nəzir bəsdir verək insana qimət
Namusla ədalət , nə ki var sistim içində
Təvəkkül edib allaha nəzr eyləmə canan
Lazim deyil heç xums , zəkat sistim içində
Hər kəsdə ona ayid olan məsləhət imiş
Hər imişi qoy öldürək o sistim içində
Karrubçıyanı boğ elə o rüşvəni durdur
Düz kontrol sistim yaradaq , sistim içində
Hesab , kitab ilə hər işin kontrol olsun
Gəlir, gedir aydin bilərək , sistim içində
Təməlini düz qoysan əgər ! düz olacaqdır
Bir möcüzə yox ağl hakim sistim içində
Möıtad ilə o narkotikə həll əgər olsa !!!
Yalnız olacaq , olsa canım sistim içində
O xeyir-xahın qoy ola bir maliyə sistim
yoxsulla dilənçi yığışa sistim içində
Boynu yoğuna həəd qoyaq,zorbaya qanun
Hər kəs tanısın bəndini qoy sistim içində
Yetər bu qədər toplum içində gədələr var
İş ver əmək al qoy çalışa sistim içində
O sünnəti o bedəti o gərgin olaylar
Reform olacaq yalnız olar , sistim içində
Hər nə əl ayağa dolaşan , ənənələr var !
Açıqla ziyanın bilək o sistim içində
Külturdə olan o zədələr,cərrahi olsun
Toxdar yarası olsa əgər sistim içində
Onur dediyin insana qoy bir dəyər olsun
O olmadan heç nə olmayacaq sistim içində
Onur ola qimət elə ki gənc , uşaqlar
Cins-səl qoruna faciyədən sistim içində
Ağl ilə zəka qoy çalışa teknikə uyğun
Yardım olar teknik olası sistim içində
Qışqırtma məni ol zəkali qardaş Eşilbax
Tekniklə qazan olmayani sistim içində
Eşilbax 02.09.2019
یارئ هَنَک – یارئ دَیَنَک
سیستم یاراداق وارسا نجات, سیستم ایچینده
حاقّ وارده جَزا , همده حَجات سیستم ایجینده
دوُزنله بُیله کی اورادا حاقّ اَمک اولسون
ساغلام دوُشوُنن جانلا چالئش , سیستم ایچینده
تشکیلاتی قور بُیله کی رای اوردا دانئشسئن
سئچمک له , سئچیلمک دانئشار سیستم ایچینده
سیسم دِدیین بیر چالئشقان آغلئده , اوُستوُن
اوُستوُن آغئلا , یئر وئرک او سیستم ایچینده
اُوزمانلار اَلی ایله یونَتک ایشلری بیر بیر
اوزمان بِجَرَک اُستادئ بیز سیستم ایچینده
قوی ایزن وئرک بیر نئچه ایل آغئل دانئشسئن
گوُر ساغلام عمل دادلئ فیکیر سیستم ایچینده
سوُیلَه من ایچون دوغرو نَدیر شرر نَدیر بس؟
هر شرّری بیترمک تک اولار سیستم ایچینده
رحم ایله نَزیر بسدیر , وِرَک انسانا قیمت
ناموس لا , عدالت نه کی وار سیستم ایچینده
تووکوُل اِدیب الله , نَزر اِیلمه جانان
لازیم دیل هئچ خُمس ذکات سیستم ایچینده
هر کسده اونا آئید اولان مصلحت ایمیش
هر ایمیشی قوی اُلدورک اُو سیستم ایچینده
کارروبچئیانئ بوغ , اِله اُو رشونی دوردور
دُوُز کُنتورول سیستم یاراداق سیستم ایچینده
حساب کتاب ایله هر ایشین کُنترول اولسون
گَلیر , گِدیر آیدئن بیلَرَک سیستم ایچینده
تَمَلینی دُوز قویسان اگر دُوز اولاجاقدئر
بیر معجزه یوخ , آغل حاکیم سیستم ایچینده
مُعتاد ایله اُو نارکوتیکه حلّ اگر اولسا !
یالنئز اولاجاق اولسا جانئم سیستم ایچینده
او خیرخواهئن , قوی اولا بیر مالیه سیستم
یوخسول لا , دیلنچی یئغئشا سیستم ایچینده
بوینو یوغونا حدّ قویاق , زوربایا قانون
هر کس تانئسئن بنددنی قوی سیستم ایچینده
یئتَر بوقَدَر توپلوم ایچنده گده لر وار
ایش وئر اَمک آل قوی چالئشا سیستم ایچینده
اُو سُنّتی , اُو بدعتی , اُو گرگین اولای لار
رِفُرم اولاجاق , یالنئز اولار سیستم ایچینده
هر نه اَل آیاغا دولاشان اَن اَنه لر وار
آچئقلا زیانئن بیلَک اُو سیستم ایچینده
کولتوردا اولان اُ زَده لر جرراحی اولسون
توخدار یاراسئ اولسا اگر سیستم ایچینده
اُونور دِدین انسانا قوی بیر دَیَر اولسون
اُو اولمادان , هئچ نه اولمایاجاق سیستم ایچینده
اُونور اولا قیمت ایله کی گَنج , اوشاقلار
جنس سل قورونا فاجعه دن , سیستم ایچینده
آغل ایله ذَکا قوی چالئشا تک نیکه اویغون
یاردئم اولار تک نیک اولاسئ سیستم ایچینده
قئشقئرتما منی اُوُل ذَکالئ قارداش اِشیلباخ
تک نیک له قازان اولمایانئ سیستم ایچینده
اِشیلباخ 02.09.2019