Yarı Hənək - Yarı Dəyənək
Dörd əlli hökuməti qapanlar
Töhmət bizə , iftira , yaxanlar
Milyonları bir yerdə tapanlar
Birdən düşəcəksiniz , sizdə bəndə
Elan ediri sizə , bu bəndə
++++++++++
Ey rüşvət alıb evlər yıxanlar
Hörmət edərək , başqan çıxanlar
Ac fəhlələrin boynun sıxanlar
Birdən düşəcəksiz siz kəməndə
Elan ediri sizə , bu bəndə
++++++++++
Ey tapşıraqla , təbib olanlar
Dəllal olaraq , baş göz yolanlar
Orqan alaraq , dollar dolanlar
Birdən düşəcəksiz bəndi-bəndə
Elan ediri sizə , bu bəndə
++++++++++
Ey mafiya ilə bir işləyənlər
Siyasət atı ilə , kişnəyənlər
Hirs ilə bağırsaq , dişləyənlər
Anla demişəm , səndə-səndə
Rüsvay edəcək sizi , bu bəndə
++++++++++
Heç nə demədən , gözümü çıxartdın
Qara yaxaraq , min böhtan atdın
Eşilbaxa , sən yalanlar dartdın
Budur düşəcəksiz bəndi-bəndə
Elan ediri sizə , bu bəndə
Eşilbax 30.10.2002
دُورد اَللی حکومتی قاپانلار
تُهمت بیزه , افترا یاخانلار
میلیونلارئ بیر یئرده تاپانلار
بیردن دُوشَجَکسینیز سیزده بنده
اعلان اِدیری سیزه بو بنده
++++++++++
ای رشوت آلئب , اِولر یئخانلار
حورمت اِدَرَک باشقان چئخانلار
آج فَهله لرین بوینون سئخانلار
بیردن دُوشَجَکسینیز سیز کَمَنده
اعلان اِدیری سیزه بو بنده
++++++++++
ای تاپشئراقلا طبیب اُلانلار
دَللاَ اُلاراق باش , گوز یولانلار
اُرقان الاراق دُللار دولانلار
بیردن دُوشَجَکسینیز سیزده بنده
اعلان اِدیری سیزه بو بنده
++++++++++
ای مافیا ایله بیر ایشلی یَنلر
سیاست آتئ ایله کیشلی ینلر
هیرس ایله باغئرساق دیشلی ینلر
آنلا دِمیشم سنده , سنده
رسوای اِدَجک سنی بو بنده
++++++++++
هئچ نه دِمَدن گوزومو چئخارتدئن
قارا یاخاراق مین بوُهتان آتدئن
اِشیلباخا سن یالانلار داتدئن
بودور دُوشَجَکسینیز بندی بنده
اعلان اِدیری سیزه بو بنده
30.10.2002 اِشیلباخ