Yarı Hənək-Yarı Dəyənək
Bu yazı İranın Məşhəd şəhərində iyrmidən çox qadının cinsi təcavüzlə qətlindən sonra yazılmışdır.
Iranda yetər tək başına , arvad olarsan
Oğlan demirəm , bəlkədə sən qız doğularsan
Məşhəd-də ölüb bir gecədə , sən yox olarsan
Arvad , Aslan ol , çarqat ilə sən boğularsan
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++
Arvad desə məndə insanam , haqq verin siz
Refrandum edək qurtuluşa , azad olaq biz
Oğlan qədəri qızlarada , yollar açaq biz
Qabar vuracaq yazıq dilin , eyni olar diz
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++++
İttfaq üzərə bəlkə-də sən , azınlıq olarsan
Məcbur olaraq , əslini hətmən ki danarsan
Irqıçılıq atəşin tutub , yanba yanarsan
Fərq eyləməz , Türkü , Bəluç , kürdü qanarsan
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++
Desən danıram kimliyimi , məhaldı olmaz
Hətmən pozuram birliyimi , məhaldı olmaz
Oda çəkirəm diriliyimi , məhaldı olmaz
Qurban edirəm nisgilimi , məhaldı olmaz
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
+++++++++++++++
Sənin kimi Farsam , danıram kimliymi mən
İnkar edirəm tanrımı , həm öz dinimi mən
Çamıra çalıb parlaq ayım , həm günümü mən
Təqdim eləsəm baş , canı , həm talehimi mən
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
+++++++++++++++
Açsan ağzını söz deməyə , düşman olarsan
Biganiyə bağlı , nökər , hökman olarsan
Fərqi belə yox , Türk ya ki Türkman olarsan
doğru dediyindən dolayi , peşman olrsan
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
+++++++++++++++
Mən car çəkirəm çığırıram , hüqüqı bəşər
Sən hardasan ey , talehimi yazan bu leşgər
Məhv oldu insan səsləri duy , xeyir olub şərr
Maddiyat olub ölçu bu gün , təkcə bilin zər
Zərsız bilirəm ki , haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++++
Quran-da gəlir insan olan , cayüzil xətadır
Tübə bu günahkar eyliyə , layiqi ətadır
Bil əşrəfi-məxluq bu gün , şeydir , mətadır
Haqqı əzilir , tapdalanır , çamıra batadır
Çamırda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++++
Dinlər adı ilə , asıb , kəsib yox eyləyirlər
Az-az demirəm , gündə belə çox eyləyirlər
Ayrı fikirin sahibini , biçib , peyliyirlər
Elmin , sənətin , sahibinə gör neyləyirlər !
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
+++++++++++++++++
Qısas adına , gör necə çox kəsilən əldir
Sansur ilə gör bəs necə çox bağlanan dildir
Zindanda qalan millət olub , iyirmi bir ildir
Heç gör mən ölüm , millətimiz düşündü , bildir ?
Iranda məhaldı haqqın olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++
Bir iddə deyir , fars dili vəhdətdir iranda
Bir iddə deyir Şiyə dini , həddı iranda
Bir iddə deyir , bu ikisi dərd-dir iranda
Məndə deyirəm insan haqqı , şərtdir iranda
Iranda məhaldı həddin olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++++++
Kulturda reform olmayıb , heç zaman olmaz
Dində dəyişiklik , heç zaman yerin alanmaz
Şəxsiyəti çevriş heç kəsdə , kəlliyə dolmaz
Bir yeni fikir topluma , heç yerdə yaranmaz
Iranda məhaldı reform olmaz
Ovza belədir , bu haldı olmaz
++++++++++++++++
Ara qarışıb , məssəb itib , harda xəbərsiz
Ey qafil oyan ,zir- zibili beyinə təpərsiz
Xurafi olub mohumatı ,şoxuma , səpərsiz
Allah nə deyim ! vəhşilərn qaldı çəpərsiz
Iranda məhaldı baxtin olmaz
Ovza belədir , bu haldı olmaz
+++++++++++++++++++
Hey sən deginən düzələcək ! səbr ilə bax bax
Yum gözlərini görmə canım , korlar-dan irax
Başlama özünnən ki məbada ! görə qırax
Sən bunları hey daşlara de ! badbəxt Eşilbax
Iranda məhaldı baxtin olmaz
Ovza belədir , bu haldı olmaz
Eşilbax 06.05.2001
یارئ هَنَک – یارئ دَیَنَک
ایراندا یئتر تک باشئنا آرواد اولارسان
اوغلان دِمَرم بلکه ده سن قئز دوغولارسان
مشهده اُلوُب بیر گئجه ده سن یوخ اولارسان
آرواد اصلان اُوُل چارقات ایله سن بوغولارسان
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
آرواد دِسه منده انسانام حاقّ وئرین سیز
رفراندوم اِدَک قورتولوشا آزاد اولاق بیز
اوغلان قَدَری قئزلارادا یوللار آچاق بیز
قابار واوراجاق یازئق دیلین عین اولار دیز
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
اتفاق اُزَره بلکه ده سن آزنلئق اولارسان
مجبور اولاراق اصلینی حتما دانارسان
ئرقئچئلئق آتشین توتوب یانبا یانارسان
فرق ایلَمز تُرکوُ , بلوچ , کُردی قانارسان
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
دِسَن دانئرام کیملیمی محالدئ اولماز
حکما پوزورام بیرلگمی محالدئ اولماز
اودا چَکیرم دیریلیمی محالدئ اولماز
قُربان اِدَرَم نیسگلیمی محالدئ اولماز
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
سنین کیمی فارسام , دانئرام کیملیمی من
انکار اِدیرم تانرئمئ هم اوز دینمی من
چامئرا چالئب پارلاق آیئم هم گونومو من
تقدیم اِلَسم باش جانئ هم طالحمی من
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
آچسان آغزئنئ سوز دِمیه دشمن اولارسان
بیگانیه باغلی , نوکر حکمان اولارسان
فرقی بیله یوخ ترک یا ترکمن اولارسان
دوغرو ددِیندن دولایی پئشمان اولارسان
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
من جار چکیرم قئشقئرئرام حوقوقو بشر
سن هارداسان ای طالحمی یازان بو لشگر
محو اولدو انسان سَسلری دواوی , خیر اولوب شرّ
مادّیات اولوب اُلچو بو گون تکجه بیلین زر
زرسیز بیلیرم کی حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
قرآندا گلیر انسان اولان جایزول خطادئر
توبه بو گناهکار ایلییه لایقئ عطادئر
بیل اشرف مخلوق بو گون شئدی معطادئر
حاقّئ اَزیلیر , تاپدالانئر , چامئرا باتادئر
چامئردا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
دین لر آدئ ایله آسئب , کسیب یوخ ایلیرلر
آز آز دمَرم گونده بیله چوخ ایلیرلر
آیرئ فیکیرین صاحبنی بیچیب , پی لیرلر
علمین صنعتین صاحبینه گور نه اِدیللر
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
قصاص آدئ ایله گور نه قدر کَسیلن اَلدی
سانسور ایله چوخ گور نئجه باغلانان دیلدی
زنداندا قالان ملّت اولوب ایرمی بیر ایلدی
هئچ گور من اولوم ملّتمیز دوُشونو بیلدی ؟
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
بیر عدّه دِیر فارس دیلی وحدتدی ایراندا
بیر عدّه دیر شیعه دینی حدّ ایراندا
بیر عدّه دیر بو ایکیسی درد دی ایراندا
منده دیرم انسان حاقئ شرط دی ایراندا
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
کولتوردا رفرم اولمایئب هئچ زامان اولماز
دینده دیشیکلیک هئچ زامان یئرین آلانماز
شخصیتی چئوریش هئچ کسده کله یه دولماز
بیر یئنی فیکیر توپلوما هئچ یئرده یارانماز
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
آرا قارئشئب مذهب ایتیب هاردا خبرسیز
ای غافل اویان زیر- زیبلی بِینه تَپَرسیز
خُرافی اولوب موحوماتئ شُخوما سَپَرسیز
الله نه دِیم وحشی لرین قالدئ چَپَرسیز
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
هی سن دِگینن دوزلجک صبر ایله باخ باخ
یوم گوزلرینی گورمه جانئم کورلاردان ایراخ
باشلاما اوزوندن کی مَبادا گوره قئراخ
سن بونلار هی داشلارا ده بدبخت اِشیلباخ
ایراندا محالدئ حاقّئن اولماز
اوضاع بیلدی بو حالدئ اولماز
06.05.2001 اِشیلباخ