1918-ci ildə may ayının 28-i, yaranmış ilk Azərbaycan deməkratik Cümhuriyəti, ölkəmizdə tarixi dönəmdə ən parlaq günümüzdür. Yeni dünyada, yeni bir anlamda, dövlət-millət quruluşu olaraq döğu dünyasında bir milli hukumət öz milli iradəsi ilə yarandı, doğuldu. Müsəlman dünyasını da içinə alan bütün şərqdə ilk milli-deməkratik cumhuri qaranlığa ışıq salan parlaq ulduz kimi bizim vətənimizdə göröndü. Bugün onun 102-ci ildönümüdür, qutlu olsun.
M.Ə.Rəsulzadə öndərliyi ilə yaranmış “musavat” hizbi birliyi ilə yürüyən bərnamələr göstərdi ki,onlar yeni təməddünü dibli-köklü tanımışlar və yaxşılıqlarını seçib götürə bilmişdilər. O hukumətin 2 illik yaşayışında yaranan hər yönlü milli şəxsiyətlər, milli-siyasət dünyasında tanınmış birinci adamlarından oldular.Bu nabiqələrin demək olar dışarıya qaçanlardan başqa hamısını rusiyə mərkəzli şurəvi hukuməti tutub ya öldürdü ya sibirinin vəhşətli çöllərinə sürgün eləyib, orada eldən ayrı təklikdə saxlayaraq ömürlərini çürütdü. İdeolojik şurəvi sistemi də indiki, İranın cumhuri İslami, hakimiyəti dək ki, deyir: ”hizb fəqət hizbullah”, deyirdi :hizb fəqət hizbi komonist.
M.Ə.Rəsulzadə hizb və dövlətbaşçısı olaraq, “Azərbaycan türk milləti”nə gələcəyi anlatdı, milli yolumuzu tutub getməyi və buradan milli haqlarımızı ələgətirib yeni dünya azad-özgür demokratik millətlərdən olmağı aydıncasına bildirdi.
M.ə.rəsulzadə Siyasət dünyasının nabiqəsi olaraq həm elmində həm əməlində özündən böyük izlər buraxdı. O milli-deməkratik dövlət yaratmaqla düyaya göstərdi tari təkcə söz-nəzər, fikir-teori adamı yox, gündəmdə olan və hər an tanınmamış ortaya çıxan çeşidli ziddiyətlərdən qorxmayıb, muvazinə yaratmaqla iş aparan bir lider idi. Başqa yöndən öz zamanında çox cazibəli ”marksizm-leninizm” ideolojisinə aldanmayaraq, şərq dünyasında əvam içində çox güclü olan dinçiliyə də aldanmadı və hər ikisini də yeni dünyaya yaramaz bilərək, millətçilikdən və milli-deməkratik hakimiyətdən eşiyə tullanmasını istəyib, bu fikrini işdə yerinə qoymaqla gələcəyə hukumət qonusunda ülgü-nimunə,model yaratdı. Onun yazıb-yaydığı Marksizmə və O əsasda qurulan ”şurəvi” impraturluğuna olan siyasi fikirləri tamamən doğru çıxdı. siyasət dnyasının çoxlu liderləri şurəviyə uyan zamanda uca səs ilə deyirdi: İnsanlara azadlıq, millətlərə istiqlal.
Ama yeni doğulmuş ideolojik ”Şurəvi-suvet”adlı solçuluq hukuməti, sınırında belə bir parlaq ulduzu gözü götürə bilmirdisə başqa yöndən Azərbaycanın nəftinə də göz tikmişdi. Pılanlanmış bir bənamə ilə ilkdə Ermənistanı Azərbaycana qarşı yürüdərək, Naxçıvana qoşun yürüdüb soy qırımı yola saldıb, onunla birlikdə “Qarabağ”da da ermənilərin əlilə içəri üsyan qaldırdılar. Azərbaycan məcburi halda heçnədən xəbəri olmadan bakı və mərkəzi əyalətləri boş buraxaraq hərbi güclərinin çoxunu bu iki bölgəyə apardı və müdafiyəsiz qaldığı bakı və çevrəsi bolşivikin 11-ci qoşunu ilə işqal edilib ilkin cumhuri hukumətimizi aradan qaldırdı və 75-il daha artıq, Azərbaycanımızın istiqlalı pozuldu. Həmin Şurəvi hukuməti,29 ildən sonra Güney Azərbaycanda S.c.pişəvəri başçılığı ilə Azərbaycan demokrat firqəsi ilə yaranmış milli-xodmuxtar hukumətimizi 1946 ilində aradan qaldırıb və öndəri şəhid Pişəvərini də saxta bir maşın hadisəsi yartmaqla öldürdü.
2-illik müstəqil Azərbaycan xalq cumhurisində Görülmüş binövrəli işlər, göstərilmiş yollar yeraltı püsgürtüsü kimi 75 ilin qaranlıq gecələrinə ışıq saçdı və yeri gələndə üzə çıxıb, yenidən Məhəmməd Əmin Rəsulzadənin sözünü isbat etdi ki, ”bir kərə yüksələn bayraq bir daha enməz” . Bu gün quzey Azərbaycanda yaranmış "Cumhuri Azərbaycan" müstəqillik bayrağını coşduraraq O binövrəli işlərin sonucudur. O bayraq hələlik vətənimizin böyük bölümü Güney Azərbaycan bu günku İran adlanan ölkənin fars istimarı sistemi altında qaranlıqdadır, və Ay-Ulduzu hələlik ışıq saça bilmir.
Güney Azərbaycan türk millətidə doğru-düzgün istiqlal yolunu tutub, zamanımıza uyğun binövrəli işlər aparmaq gözlənilir.
Güney Azərbaycan Gəncligi
28 May 2020