Yeni GAMOH’un 10-cu Quruluş İl Dönümü İlə Bağlı (Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının Bildirişi
🔷Əziz Azərbaycan Türk Milləti
🔷29 Mart (9 Fərvərdin) Yeni GAMOH quruluşunun 10-cu quruluş il dönümüdür. Bu münasibətlə Yeni GAMOH Başqanı Sayın Lətif Həsənini, Mərkəzi Komitəsini , üyələrini, sevənlərini, eləcə də Güney Azərbaycan Milli Hərəkatına könül vermiş hər bir vətəndaşımızı təbrik edirik.
🔷Yeni GAMOH quruluşu 10 ildən bəri fəaliyyət etsə də hamımız bilirik ki bu quruluşun yaradıcıları en az 25 ildən bəri milli hərəkatımızda can-ü-könüldən mübarizə edirlər və hərəkatımızın bu günlərə gəlib çatması üçün böyük əməklər verib, böyük bədəllər ödəyiblər və ödəyirlər. Yeni GAMOH Mərkəzi Şurasının bütün üzvlərinin tutuqlanarq haqsızcasına uzun müddətli həbsə məhkum edilməsi, milli hərəkatımızın tarixi dönüm nöqtələrindən olmuşdur. Özəlliklə Yeni GAMOH Başqanı Sayın Doktor Lətif Həsəni’nin zindandaki tarixi dirənişi hərəkatımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Yeni GAMOHun yaşadıqları millətimizin gərçək mənada sömürgə altında yaşadığının ən açıq sübutlarından biridir. Çünki bir daha göstərmişdir ki İran rejimi hətta öz yarımçılıq ana yasasının çərçivəsində belə Türk millətinə yaşam şansı tanımır.
🔷Əminik ki, vətənimizin bu soyuq qışı bir gün sona çatacaq və vətən torpağından çıxan Qar Çiçəkləri bir daha vətənimiz, gözəl amma məzlum və talanmış Azərbaycanı al-əlvan bir gül bağçasına çevirəcək.
🔷O günün ümidiylə... yaşasın milli qurtuluş və özgürlük mübarizəmiz
🔷(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması
AZOH – DİRƏNİŞ – GADP
30/03/2022
یئنی گاموحون ۱۰-جو قورولوش ایل دؤنومو ایله باغلی (گونئی) آزربایجان سیاسی قورولوشلارینین امکداشلیق پلاتفورماسینین بیلدیریشی
🔷عزیز آزربایجان تورک میللتی
🔷 ۲۹ مارت (۹ فروردین) یئنی گاموح قورولوشونون ۱۰-جو قورولوش ایل دؤنومودور. بو موناسیبتله یئنی گاموح باشقانی سایین دوکتور لطیف حسنینی، مرکزی کومیتهسینی، اویه لرینی، سئونلرینی، ائلجه ده گونئی آزربایجان میللی حرکاتینا کؤنول وئرمیش هر بیر وطنداشیمیزی تبریک ائدیریک.
🔷یئنی گاموح قورولوشو ۱۰ ایلدن بری فعالیت ائتسه ده هامیمیز بیلیریک کی بو قورولوشون یارادیجیلاری ان آز ۲۵ ایلدن بری میللی حرکاتیمیزدا جان و کؤنولدن موباریزه ائدیرلر و حرکاتیمیزین بو گونلره گلیب چاتماسی اوچون بؤیوک امکلر وئریب، بؤیوک بدللر اؤدهییبلر و اؤدهییرلر. یئنی گاموح مرکزی شوراسینین بوتون عوضولرینین توتوقلانارق حاقسیزجاسینا اوزون مودتلی حبسه محکوم ائدیلمهسی، میللی حرکاتیمیزین تاریخی دؤنوم نؤقطهلریندن اولموشدور. اؤزللیکله یئنی گاموح باشقانی سایین دوکتور لطیف حسنینین زیندانداکی تاریخی دیرنیشی حرکاتیمیزین تاریخینه قیزیل حرفلرله یازیلمیشدیر. یئنی گاموحون یاشادیقلاری میللتیمیزین گرچک معنادا سؤمورگه آلتیندا یاشادیغینین ان آچیق ثوبوتلاریندان بیریدیر. چونکی بیر داها گؤسترمیشدیر کی ایران رئژیمی حتی اؤز یاریمچیلیق آنا یاساسینین چرچیوهسینده بئله تورک میللتینه یاشام شانسی تانیمیر.
🔷امینیک کی، وطنیمیزین بو سویوق قیشی بیر گون سونا چاتاجاق و وطن تورپاغیندان چیخان قار چیچکلری بیر داها وطنیمیز، گؤزل اما مظلوم و تالانمیش آزربایجانی آل-الوان بیر گول باغچاسینا چئویرهجک.
🔷او گونون اومیدیله... یاشاسین میللی قورتولوش و اؤزگورلوک موباریزهمیز
🔷(گونئی) آزربایجان سیاسی قورولوشلارینین امکداشلیق پلاتفورماسی
آزوح – دیرنیش – گادپ
۳۰/۰۳/۲۰۲۲