İranda azərbaycanlıların milli hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə Təbrizin mərkəzi zindnında saxlanılan gənc fəal Nasir Xülusinin mülki girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısı alınıb.
Təbriz inqilab məhkəməsinin hakimi bundan əvvəl dinc fəalın müvəqqəti olaraq azadlığa buraxılması qarşılığında 500 milyon tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, son günlər fəalın ailəsinə bildirib ki, “Sepah” ETTEELAAT-ı tərəfindən ona bu addımı atmağa icazə verilməyib. Bununla da hakim, ETTELAAT əməkdaşlarının təzyiqi ilə azərbaycanlı fəalın sərbəst buraxılmaqdan imtina edib.
Fəal Nasir Xülusi yanvarın 23-ü axşam saatlarında Təbrizdən Urmiyaya gedərkən yolda mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən tutulub. O, əvvəlcə Təbriz “Sepah”ının ETTELAAT təşkilatının təkadamlıq kamerasında saxlansa da, fevralın 13-də Təbrizin mərkəzi zindanının karantin bölməsinə köçürülüb.