Güney Azərbaycanın Qoşaçay şəhərində  Beynəlxalq Ana Dili Günü münasibəti ilə çox sayda Bildiri yayılıb. 

 

Azərbaycan Milli Hərəkat fəalları tərəfindən hazırlanan bildirilər fevralın 16-da Qoşaçay şəhərinin müxtəlif məhəllələrində yayılıb.

Bu vasitə ilə Beynəlxalq Ana Dili Gününü təbrik edən fəallar ana dilinin tədrisi olunması və Konstitusiyaya (Anayasa) uyğun olaraq bərabər hüquqlardan yararlanmağı tələb ediblər.

Hər il 21 fevral, Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. UNESCO-nun təsis etdiyi bu günün qeyd olunmasında məqsəd dünyada «dillərin ölməsinin» qarşısını almaq, onların qorunub saxlanılmasına diqqəti cəlb etməkdir.

Uzun illərdir Güney Azərbaycanda milli hüquqlar uğrunda, o cümlədən ana dildə təhsil tələbi ilə hərəkatın fəalları geniş fəaliyyət aparır. Lakin hər il onlardan bir çoxu təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılır və həbs edilir.

 Azerbaijan