İranın yarı-rəsmi Fars agentliyi bildirib ki, məktəb şagirdlərinin İstanbul türkcəsini bilməsi problem yaradır
İranın yarı-rəsmi Fars agentliyi Qərbi Azərbaycan vilayətində məktəbə gedən uşaqlar arasında fars dilini bilməyənlərin sayının getdikcə artdığını bildirərək, məktəbli uşaqların bir çoxunun “İstanbul türkcəsi”nin təhsil sistemində ciddi problem yaratdığını” irəli sürüb.
“Xüsusilə vilayətin şimal bölgələri və mərkəzi Urmiyə şəhərində bir çox uşaq dil öyrənməyə başladığı zaman İstanbul türkcəsilə tanış olub və bu dildə danışır,” deyə xəbər agentliyinin məlumatında qeyd edilib.
Fars yazır ki, “peyk antennalarının törətdiyi zərərlərdən çox söz edilsə də Qərbi Azərbaycanın Türkiyəyə yaxın olması və uşaqların Türkiyə telekanallarının uşaq proqramlarını izləyərək böyüməsi təhsil sisteminə ciddi zərərlər verməkdədir.”
Məsullar qeyri-fars uşaqların fars dilində danışa bilməməsini təhsil sistemi üçün ciddi problem hesab edərkən, türk fəallar məktəblərdə türk dilində təhsil haqqının təmin edilməsini istəyirlər.
Fars agentliyinin məlumatına görə, Qərbi Azərbaycanda ibtidai məktəbə gedən uşaqlar arasında fars dili ilə tanış olmayanların sayı get-gedə artmaqdadır.
Məlumatda Qərbi Azərbaycan vilayətininTəhsil İdarəsinin sədri Firudin Seyid-Mustəfəvinin mövzu ilə bağlı şərhlərinə də yer verilib.
Məktəbə yeni gedən uşaqların farsca bilmədiklərini ciddi problem hesab edən Seyid Mustəfəvi deyib ki, “məktəblərin açılmasından öncə təşkil etdiyimiz məktəbəqədər proqramlara qatılan şagirdlər faktiki olaraq fars dili ilə tanış deyildilər. Ailələr uşaqlarına məktəbə girmədən milli dili (farsca qəsd edilir) öyrətməkdə ciddi səy göstərməlidirlər.”
İran İslam Respublikası məsulları qeyri-fars uşaqların fars dilində danışa bilməməsini təhsil sistemi üçün ciddi problem hesab edərkən, türk fəallar məktəblərdə türk dilində təhsil haqqının təmin edilməsini istəyirlər.