Qərbi Azərbaycan vilayətində 6 türk fəalın 2013-cü ildə keçirilən Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü tədbiri ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilir.

Məlumata görə, Urmiyə Universitetinin müəllimi Süməyyə Əlidusti, blogger Vəhid Faizpur, habelə mədəni fəallar Qulam Quluzadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtaza Zərrindən dekabrın 7-də məhkəməyə gəlmələri istənilib.

Bu altı fəal 30 digər mədəni fəalla bərabər 2013 iyun ayında “Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü”nü qeyd etmək məqsədi ilə Urmiyə şəhərindən Şərqi Azərbaycan vilayətinə getdikləri zaman Urmiyə gölü üzərindəki körpünü keçərkən nəzarət altına alınmışdılar.

Tutulan fəalların otuzu həmin gün bir neçə saat sonra sərbəst buraxılıb, 6 fəal isə altı gün Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq azad olunmuşdular.

6 türk fəal Urmiyə İnqilab Məhkəməsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat” və “Ettelaat məmurları ilə əlbəyaxa olmaq” ittihamları ilə günahlandırılıblar.

 Azerbaijan