Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Meşginşəhrin 2 saylı Cəza Məhkəməsinə çağırılıb.
Özünü müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılan ərdəbilli fəal çağırış vərəqəsini təhvil aldıqdan sonra 7 gün ərzində məhkəməyə müraciə teməlidir.
A.Lisani azərbaycanlı fəallardan birinin toy mərasimində çıxış etdiyi üçün sistemin əleyhinə təbliğdə günahlandırılıb. O, həmin dosye ilə bağlı 2016-cı il dekabrın 27-də Meşginşəhr Ədliyyə Şöbəsinin rəisi tərəfindən mühakimə edilib. Fəal, məhkəmə prosesi zamanı özünümüdafiə mətnini türk dilində yazdığına görə hakimin sərt etirazına səbəb olub, lakin öz mövqeyini sonunadək müdafiə etmişdir.
Xatırladaq ki, tanınmış azərbaycanlı milli-mədəni fəal A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə uzun illər həbs olunub.