“Qəzvin Beynəlxalq Universitetinin müəllimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.”
Bu barədə Qəzvin prokuroru Sadiqi Niyarəki martın 2-də mətbuata məlumat verib.
“Qəzvin Beynəlxalq Universitetinin müəllimlərindən biri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun dərs zamanı müqəddəsləri təhqir etdiyi barədə məlumat var. Saxlanılan müəllim universitetin elmi heyətinin üzvüdür”- deyə o bildirib.
Prokuror əlavə edib ki, yaxalanan şəxs barəsində vəsiqə qərarı çıxarılıb, o hələlik müvəqqəti olaraq həbsxanada saxlanılır.
Universitet müəlliminin kimliyi barədə hələlik dəqiq məlumat yoxdur.