"İran" İslam şovinist fars hükuməti digər qeyri fars millətlərə , o cümlədən Azərbaycan türk fəallarına qarşı basğısı davam edir.

Son günlərdə bir neçə tanınmış milli fəal, Siyamək Mirzayi, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi, İranda məkəmə adlanan yerdən qeyri qanuni olaraq, toplam 55 il həbs və 10 il sürgünlük cəzası almışdılar.

Biz "İran" İslam fars şovinist  hükumətinin bizim milli- siyasi aktivistlərimizə qarşi basğısın məhkum edirik və bütün siyasi məhbusların o cümlədən Güney azərbaycan milli məhbusların azadlığını tələb edirik.

Bizim igid və millətin-sevən qəhrəman milli fəallarımızın iradəsin heç bir təzyiq  sarsıda bilməz.

Fars şovinizmin  bizim millətə amansızcasına düşmancılığı 100 ildir davam edir, ancaq bu ağır basqılara rəğmən milli hərəkətimiz hər zəmandan artiq güclüdür.

Biz qəhrəman milli məhbuslarımızın önündə baş əyərək  onlarin sarsılmaz iradələrini təhsin edirik. Sizin vətən uğrunda mübarizə və savaşda aldığız yaralar və acılar heç zaman unutulmayır, yerdə qalmıyacaqdır.

Azərbaycan türk milləti sizinlə qurur duyur.

Milli - siyasi məhbuslara azadlıq

Yaşasın Azərbaycan

Məhv olsun fars şövinisti

*****

- Azərbaycan Demokratik Birliyi- BİRLİK

- Azərbaycan Öyrənci Hərəkəti- AZOH

- Dünya Azərbaycanlıları Konqresi- DAK

- Güney Azərbaycan Demokrat Partiyası- GADP

- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

- Güney Azərbaycan Qurtuluş Partiyası- GAQP

- Güney Azərbaycan Sosyal Demokrat Partiyası

- Vahid Müstəqil Azərbaycan Cəbhəsi

05-03-2017

 report