Azərbaycanlı milli-mədəni fəal 200 milyon tümənlik mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından sərbəst buraxılıb.
Martın 12-də müvəqqəti azadlığa buraxılan fəal yanvarın 7-də Tehrandakı şəxsi evində digər azərbaycanlı fəal, din xadimi Höccətul-İslam Əbdüləziz Əzimi Qədimlə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Fəalların hansı səbəbdən saxlanıldığı barədə bu günə qədər heç bir məlumat yayılmayıb.
Əbdüləziz Əzimi Qədim 61 gün saxlandıqdan sonra martın 9-da həyat yoldaşı və qızı ilə həbsxanada görüşməyə müvəqqəf olub.
Din xadimi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.