Azərbaycanlı siyasi məhbus Lətif Həsəni 5 günlük məzuniyyətdə sonra Rəcayişəhr zindanına qayıdıb.
Azərbaycanlı fəalın həyat yoldaşı xanım Əzəm Piri bildirib ki, bu, onun 5 illik həbs müddətində birinci bayram məzuniyyətidir.
L.Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında məhkum edildiyi 9 illik həbs cəzasını çəkməkdədir.
Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Toplam olaraq 9 il həbsə məhkum edilən azərbaycanlı fəallardan hazırda təkcə L.Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. L.Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.