Tehranın “Nimaj” nəşriyyat evi Urmiyədə keçirilən kitab sərgisində “Qərbi Azərbaycan Vilayəti”ni “Urmiyə Vilayəti” adlandırmışdır. Bundan sonra azərbaycanlı mədəni fəalların kəskin etirazı ilə qarşılaşan nəşriyyat evi Azərbaycan əhalisindən üzr istəməli olub.

Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin müdiri cənab Kərimi və sərgidəki bölümün rəisi cənab Əhmədi ilə əlaqə saxladıqdan sonra məsələ ilə bağlı məlumat aldım. Dizayner tərəfindən hazırlanan posterdə yalnışlığa yol verilib, ona görə də biz posterdə düzəliş edib, onu yenidən İnstagram səhifəsi və xəbər agentliyində yaydıq. Əgər Azərbaycan əhalisi bu məsələdən narahat olubsa, onlardan üzr istəyirəm”.

Yol Press” agentliyinin yaydığı məlumata görə, bu sözləri “Nimaj” nəşriyyat evinin sərgilər üzrə müdiri Məhəmməd Qenabadi “Yol Press”in müdir-məsulu ilə telefon əlaqəsi saxlayaraq bildirib.

O əlavə edib ki, sərgidə bizim bölümün rəisi cənab Əhmədidir və bütün məsələlərə o cavabdehdir. Mübahisəyə müdaxilə edən digər şəxs isə ümumiyyətlə bizim nəşriyyat evinə aid deyil və onun dilə gətirdiyi bütün sözləri kəskin şəkildə qınayıram.

Qeyd edək ki, “Urmiyə Kitab Sərgisi”nin keçirildiyi zaman Tehranın “Nimaj” nəşriyyat evi “Qərbi Azərbaycan Vilayəti”ni təhrif edərək, onu “Urmiyə Vilayəti” adlandırmışdır, buna etiraz edən azərbaycanlı jurnalist isə qarşı tərəfin hücumuna məruz qalıb və təhqir edilmişdir.

 Azerbaijan