Azərbaycanlı milli-mədəni fəal Əta Kərimi məhkum edildiyi həbs cəzasını çəkmək üçün Urmiyənin Mərkəzi zindanına müraciət edib.

Bu, Qərbi Azərbaycan Apelyasiya Məhkəməsinin 10-cu Şöbəsi Yasir Əkbəri, Məhəmməd Təməddoni, Əta Kərimi və Nima Həsəni barəsində hökmünü açıqladıqdan və Əta Kəriminin həbs cəzasının icrasına dair hökmün elan olunmasından sonra baş verib.

Hökmə əsasən mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan fəal 30 gün ərzində məhkəməyə müraciət etməli idi.

Apelyasiya Məhkəməsi Yasir Əkbəri barəsində çıxarılan 6 aylıq həbs cəzasını da olduğu kimi qüvvədə saxlayıb.

Əta Kərimi 2014-cü il sentyabrın 9-da Urmiyənin Əlqədir (Durnalar yuvası) stadionunda Azərbaycan bayrağı ilə şəkil çəkdiyi zaman saxlanmışdır.

2014-cü il dekabrın 16-da Urmiyə İnqilab Məhkəməsinin 1-ci Şöbəsi, 22 azərbaycanlı fəalın 2 fərqli dosyesinə eyni iclasda baxaraq Nima Həsəni, Əta Kərimi və Məhəmməd Təməddoni haqqında 6 aylıq həbs cəzası çıxarmışdır.

Məlumata görə, Apelyasiya Məhkəməsi adı çəkilən fəalların digər dosyesi ilə bağlı çıxarılan məhkəmə hökmünə yenidən baxaraq onların həbs cəzasını bir aya endirib. Fəallar bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ etməkdə günahlandırılıb.

 Azerbaijan