Urmiyə universitetinin Təhlükəsizlik Bölümü (Hərasət) ETTELAAT İdarəsinin göstərişi ilə Urmiyə Sənaye Universitetində “Türkcə bitik” kitab sərgisinin keçirilməsinə mane olub.
Əldə etdiyimiz məlumata görə, sərginin keçirilməsi üçün universitetin səlahiyyətli şəxslərindən icazə alınıb, buna baxmayaraq Təhlükəsizlik Bölümü sərginin keçirilməsinə imkan verməyib. Buna səbəb kimi, sərgidə təqdim olunacaq kitabların araşdırılması üçün daha çox vaxta ehtiyac olduğu göstərilib.
Məlumata görə, sərginin bir neçə gün sonra keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, İranda türkcı kitablarla bağlı hər zaman problemlər yaşanır. Bu problemlər kitabların müəllifindən tutmuş, onların satışı, sərgilərdə nümayiş etdirilməsi, çap olunması və s. kimi sahələri əhatə edir.