Urmiyənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi azərbaycanlı milli-mədəni fəal Əmir İmaninin müvəqqəti azadlığa buraxılması üçün 300 milyon tümənlik mülki vəsiqə tələb edir.

Tikantəpəli fəal mayın 7-də “Əmir” Ticarət Mərkəzindəki mağazasında yaxalanaraq Urmiyənin ETTELAAT İdarəsinə aparılıb.

Fəalın yaxınlarının verdiyi məlumata görə, onu saxlayan şəxslər Urmiyə ETTELAAT İdarəsinin məmurları olub.

Fəalın azadlığa buraxılması üçün 300 milyon tümənlik mülki vəsiqə tələb edən ETTELAAT İdarəsi, fəalın ailəsinə onun ən azı bir həftə saxlanılacağını bildirib.

Azərbaycanlı fəalın hansı səbəbdən saxlanıldığı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Əmir İmani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə bundan öncə də Tikantəpənin ETTELAAT İdarəsinə dəfələrlə çağırılıb və sorğu-suala tutulub.

 Azerbaijan