Azərbaycanlı milli-mədəni fəal Höccətul-İslam Əbduləziz Əzimi Qədim mayın 24-də saxlandığı həbsxanadan azadlığa buraxılıb.

O 400 milyon tümənlik mülki vəsiqə qarşılığında Tehranın Evin həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəal 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.

Fəalın həyhat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşə biliblər.

O həbscanadan ailəsi ilə telefon əlaqəsi saxlayaraq parlamentdə Türk Bölgələri fraksiyasının yaradılmasına dəstək vermək, “Aqillik, təhlil və əməl” Teleqram kanalında müarifləndirmə işləri ilə məşğul olmaq və İranın kanal 2 televiziyasında yayımlanan məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etmək kimi ittihamlarla üzləşdiyini bildirmişdir.

Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 Azerbaijan