İranda narkotik maddələrin alqı-satqısında və qaçqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 4 adam edam edilib. Hadisə ötən şənbə günü baş versə də, bu barədə xəbər yenicə yayılıb.
Müttəhimlər, Mehdi Mövlayi, Əbdülkərim Bapiri və Səlah Qadiriyan və Əli Məhtabpur sentyabrın 24-ü, sübh saatlarında Təbrizun mərkəzi zindanında dar aqğacından asılıb. İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, hər dörd müttəhim təkadamlq kameralardan çıxarılıb edam məntəqəsinə aparılarkən, müqavimət göstərdiklərinə görə vəhşicəsinə döyülüb, təhqir edilib.
Dara çəkilənlər arasında Əli Məhtabpur Təbriz şəhərinin, digər üç şəxs isə İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin sakinləri olub.
Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.