2011-ci il yanvarın 19-da yoxa çıxan təbrizli diş həkimi Əlirza Piridən bu günə kimi heç bir xəbər yoxdur.

Bu barədə Ə.Pirinin atası İranda Beynəlxalq İnsan Haqları Kampaniyası qrupuna geniş məlumat verib. “Əlirza 6 il öncə  yoxa çıxıb, bütün cəhdlərə baxmayaraq onun taleyi ilə bağlı heç bir məlumat əldə edə bilmirik. 2013-cü ildə İranda prezident seçkilərinə 4 gün qalmış, ölkə rəhbərinin ofisindən bizimlə əlaqə saxlayaraq məsələnin araşdıracaqlarına dair vəd verdilər, ama yenə də heç bir nəticə olmadı. Əlirza siyasi fəal olmayıb, lakin onun mağazası prezident seçkiləri zamanı Mir Hüseyn Müsəvinin Seçki Qərargahı kimi istifadə olunub. Təbriz Polis İdarəsinin Asayış Şöbəsi (Aqahi İdarəsi) hadisə ilə bağlı cinayət dosyesi təşkil edib, lakin biz səbəbini bilməsək də Əlirzanın saxlanıldığına inanırıq”- deyə Məhəmmədhəsən Piri bildirib.

O “nəyə görə oğlunuzun saxlanıldığını düşünürsünüz?” sualına belə cavab verib. “Oğlumun maşını bir parkingə salınmışdır. Gözətçi bizə dedi ki, Əirzanı 3 nəfər bir qara rəngli “Pejo” markalı avtomobillə apardılar. Həmin gün parkingdə quraşdırılan müşahidə kamerası (durbin) da işləməyib. Asayiş Şöbəsində dedilər ki, kamera işləməli idi. Onun işləməməsi ilə bağlı göstəriş, yəqinki yuxarıdan gəlib. Həmçinin oğlumun maşını xüsusi yerdə saxlanılmışdır, hansıki oraya hər kəsin maşını buraxılmır. Oğlumun bank çekləri və bütün sənədləri də maşında olub, lakin 6 il ərzində onun bank hesabından bir rial belə pul götürülməyib. Ona görə də, biz düşünürük ki, Əlirza hökumət qüvvələri tərəfindən saxlanılıb. Bu bir siyasi məsələdir, lakin bunu sübut etmək üçün əlimizdə heç bir sənəd yoxdur. Səlahiyyətli orqanlar isə bu barədə heç bir yardım etmir. Hadisə ilə bağlı bir cinayət dosyesi hazırlayıblar, onlar istəyir ki, oğlumun bir neçə nəfər tərəfindən öldürüldüyünü desinlər. Lakin bu iddialarını da sübut edə bilmirlər”- deyə o qeyd edib.

Məhəmmədhəsən Pirinin sözlərinə görə, Təbrizin Asayiş Şöbəsində Piri ailəsinə faktla bağlı araşdırmaların sona çatdığını, lakin artıq dosyenin onların əlində olmadığı üçün bu barədə heç nə edə bilməyəcəklərini bildiriblər.

 Azerbaijan