Güney Azərbaycanın Xoy şəhərində tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrobayi və azyaşlı övladları Aylanın 5-ci ildönümü mərasimi keçirilib.
Azərbaycanlı milli-mədəni fəallar, Cəfərzadə ailəsinin 5-ci ildönümü münasibəti ilə sentyabrın 29-da onların məzarını ziyarət edərək xatirələrinə dərin hörmətlərini bildiriblər. Azərbaycanın Milli Marşısını oxuyan fəallar mərhum İ.Cəfərzadənin millətimizin milli və demokratik hüquqları uğrunda apardığı mübarizədən də söz açıblar.
İ.Cəfərzadə, M.Kəhrobayi və Ayla 2011-ci il sentyabrın 26-da Şəbistərdən gələrkən Xoy şəhərinin üçyoluna yaxın bir yerdə şübhəli avtomobil qəzasında vəfat ediblər.
İ.Cəfərzadə Azərbaycan Milli Hərəkatında səmərəli fəaliyyəti ilə seçilən fəallardan biri olub.