Sentyabrın 30-da Şirazın Hafiziyə stadionunda İran  kuboku görüşləri çərçivəsində “Qaşqay yurd” takımı ilə “Piruzi” komandası arasında keçirilən qarşılaşma, qaşqay komandasının qələbəsi ilə yekunlaşdı.

Bu qələbədən sonra ölkə kubokunun növbəti mərhələsinə yüksələn “Qaşqay yurd” komandası, qaşqay türklərinin böyük sevincinə səbəb olmaqla yanaşı, irançı qüvvələrin müəyyən reaksiyalarına da səbəb olub.

Məlumata görə, “Həft sübh” qəzeti “Qaşqay yurd”-“Piruzi” görüşü ilə bağlı yaydığı məlumatlarda komandanın türk tərəfdarlarına qarşı irqçi mövqe sərgiləyərək Photoshop proqramı vasitəsi ilə plakatın üzərində olan “Türkəm” sözünü “Qaşqaylar” ifadəsi ilə əvəz edib.

“Həft sübh” qəzeti bu əməli ilə çoxlarına İranın Teleradio Şirkəti və digər mətbu orqanlarının türk mədəniyyəti və kimliyi ilə bağlı vaxtaşırı yol verdikləri təhrifləri xatırladıb.

Azerbaijan