Əziz Azərbaycan Türk Milləti;

Böyük öndər Seyid Cəfər Pişəvəri liderliyində qurulan Azərbaycan Demokrat Firqəsinin, 12 maddəlik quruluş bildirgəsinin 73-cü yayınlanma il dönümü olan 12 Şəhrivər (3 Sentyabr) gününü bir halda anırıq ki İran siyasi çərçivəsində zülm altındakı millətlər və o cümlədən Güney Azərbaycanda Türk Millətinin haqları hər sahədə tapdaq altında və Azərbaycan Milli Hərəkatının mübarizləri işgəncələrə və dustaqlara məhkum edilməkdədirlər.  

İranda; tək məzhəb, tək dil, tək millət anlayışına əsaslanan sömürgəçilik və kimlik assimilyasiyasının çarxı, seçilməmiş və təhmil edilmiş bir zümrənin maraqları üçün sürətlə dönməkdədir və başda Azərbaycan Türk Milləti olmaqla bütün zülm altındaki millətlərin maraqları və qaynaqları İran dövləti və sözdə müxalifətinin istibdadçı və istismarçı siyasətlərinin əsiridir.

Azərbaycan Demokrat Firqəsinin mütərəqqi və öncül bildirgəsinin yayınlanmasından yetmiş üç il ötməkdədir və başı uca amma məzlum Güney Azərbaycanda, Azərbaycan Milli Hökumətinin yıxılması, Müsəlman Xalq Hərəkatının qanla basdırılması və İslam Cümhuriyyəti başçıları və sözdə müxalifətinin yalançılıq və düzənbazlığı artıq isbatlamışdır ki iki üzlü diktatorların Azərbaycan Türk Millətinin haqlı tələblərini qəbul etmək ehtimalı haradasa yoxdur. Bu səbəblə Güney Azərbaycanın siyasi gücləri tarixi təcrübələrdən yola çıxararaq və millətimiz tarixi varlığını təhdid edən, bölgəmizin kirtik şərtlərinin fərqində olmaqla, milli birlik və bərabərliklə “Azərbaycan Milli Hərəkatı”nın gəlişmə sürəcini tamamlamağa və Azərbaycan Türk Millətini güvən içində səadət sahilinə çıxarmağa qərarlıdırlar.   

O qaranlıq illərdə 12 Şəhrivər (3 Sentyabr) bildirgəsi və Azərbaycan Demokrat Firqəsinin qurulması göstərdi ki Güney Azərbaycanda Türk Milləti öz tələblərini demokratik düşüncələrlə yoğurubdur; və görürük mərkəzi hökumətin diktatorluğu və inhisarçılığına rəğmən hələ də 12 Şəhrivərin mütərəqqi ruhu Azərbaycan Milli Hərəkatına hakimdir. Güney Azərbaycanda milli mücadilə, öz demokratik keçmişinə söykənərək; düşüncə və ifadə özgürlüğü və çoxulculuğu təməl alaraq və hər cür diktatorluq və inhisarçılıq zehniyyətindən uzaq duraraq öz yoluna davam edir.

12 Şəhrivərin (3 Sentyabr) yetmiş üçüncü il dönümündə milli azadlıq yolunda canından olan bütün şəhidlərimizi sayğı ilə anaraq, Azərbaycan Milli Hərəkatının bütün siyasi məhbuslarının sərbəst buraxılmasını istəyirik.     

Bu ortaq bəyanat, öz yerində, 12 Şəhrivər ruhunun davamı, gəlişməsi və milli qurtuluş mübarizəmizin başarı ilə sonuclanmasının tək sırrı olan, Güney Azərbaycanda milli hərəkat qüvvələrinin birlik və bərabərliyinə bir vurğudur.

Güney Azərbaycanın azadlıq yolunda canından olan bütün şəhidlərimizin əziz xatirəsiylə

Yaşasın Azərbaycan Türk Milləti

Yaşasın Azərbaycan Milli Hərəkatı

Yaşasın İranda zülm altında olan millətlərin qurtuluş mübarizəsi

10.09.2017

  (Adlar əlifba sırasıyladır)

 

Quruluş və təşkilat imzaları:

1-       Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT

2-       Azərbaycan Öyrənci Hərəkəti- AZOH

3-       Dünya Azərbaycanlıları Konqresi- DAK

4-       Güney Azərbaycan Demokrat Partiyası- GADP

5-       Güney Azərbaycan İnsan Haqları Mərkəzi

6-       Güney Azərbaycan İnsan Haqları Şurası (ABŞ)

7-       Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8-       Güney Azərbaycan Qurtuluş Partiyası

9-       Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

10-     Güney Azərbaycan Sosial Demokrat Partiyası

Şəxsiyyət imzaları:

1-       Aslan Soltani

2-       Babək Azad

3-       Babək Bəxtavər

4-       Cavad Derəxti

5-       Duman Radmehr

6-       Eldar Qaradağlı

7-       Elyaz Yekanlı

8-       Əjdər Tağızadə

9-       Əli əsğər Həqdar

10-     Əli Süleymani

11-     Hadi Qaraçay

12-     Haqan Türkelli

13-     İsa Türkoğlu

14-     Kazem Mohammadzade

15-     Said Saed

16-     Simin Sabri

17-     Şayan BorBor Qaşqayi

18-     Şərifə Cəfəri

19-     Taymaz Urmulu

20-     Yunus Şamili