Azoh: Güney Azərbaycanlı Aktivist Murtəza Muradpur 10 günlüx izni bittikdən sonra Təbriz Həbs xanasına geri döndü.
Murtəza muradpur şəhrivər Ayını başında izinə göndərilmişdi , 10 gün izni bittikdən sonra həbsxana ya geri döndü.
Qeyd etməlyik ki Son həftələrdə Təbriz Mərkəzi həbsxanasının təhlükəsizlik işçiləri Murtəzanın Gündəlik dəftərini Alıblar ve geri vermirlər. Bu gündəlik 2 ildən artıq təbriz mərkəzi həbsxanasında , məhbus olan siyasi aktivistin əl yazmalarıdır. Bu dəftər o zaman ki Muradpur ilk dəfə izinə göndərilmişdi həbsxananın təhlükəsizlik işçiləri tərəfindən əl qoyulub və Muradpurun bütün istəkləri və çabalarına rağmən bu gündəlik geri qaytarılmayıbdır və geyri qanuni olaraq saxlayırlar.