"Ləhcəli" - Mahmud Dalğa
Payız gəlir, Sarı Yarpaq
Ağac ginə lüt qalacaq.
Öyrənci Türk balası
"Ləhcəli" Söz,
Danışacaq
Mənim dilim Evimizddi
Taxçamızda , Gizlindədi
Bir "ləhcəsiz Dilim vardı
Dustaqdadı,
Yasaqdadı
Gəl deyirəm "Biya" olur
Get Deyirəm "boro" olur
yad dilində qonuşanda
Dilim Çönmür, Ləhcəm olur.
Yaşıl bağda gözəl bülbül
Öz dilində oxuyanda Gör nə gözəl,
Gözəl olur
yaxşı səsi ,
Sözü olur.
sən öz dilin , mən öz dilim
Gəl qonuşaq, gəl danışaq
Görək hansı dildə şirin,
Şirin , şirin,
Bal dadı olur?
Bizim dilin adı qaldı
Tamsınmadım dadı qaldı
boğazıma acı badam
basılıbdı,
Dadı varmı?