Dəyərli Azerbaycan Türk Milləti,
Qacar imperatorluğun İngiliz’lərin fitnəsi ilə çökdürülüb Pəhlevi’ləri ‘’Məmalik-i Məhrusə’’yə hakim qıldıqdan bəri, İran adlı bir millət bir dövlət yaratmaq siyaseti ilə qeyri Fars millətlərə qarşı sistemli əritme (assimilyasiya) siyasəti tətbiq olunmuşdur.
90 ili aşqındır ki Farslaşdırma siyasəti yürüdülməkdə və bu siyasət İran rejiminin ayrılmaz karakterinə çevrilimişdir. Hətta daha da çıplaq irqçilik forması tapmışdır. Elə ki bu gün İran rejimi açıq aydın ləhcəsi olanlara qarşı qanun qəbul edib və təkcə Fars dili deyil, bəlkə Fars’ın ləhcesini də təhmil etməyə çalışır.
Geçmiş 90 ildə millətimizin dirənişi Farslaşdırma və əritmə siyasətini axsadıb, zaman zaman üsyan və inqlablara hətta milli dövlətimizin yenidən qurulmasına gətirib çıxarsa da, nə yazıq ki Farslaşdırma indi də davam etməkdədir.
Güney Azərbaycanda ana dilimiz Türkcə yasaqlanıb məktəblərdə uşaqlarımız Farslaşdırılır. Beləliklə yad kültürünü basqı ilə Güney Azerbaycan Türkünə təhmil edərək övladlarımız özündən biganələşib Fars eksenli tək dövlət tək millət yaratmağa çalışılır.
Bu kültürəl qətliama və istemara qarşı dirənmək hər Azərbaycanlının milli və vicdani borcudur.
Biz bu bəyanatı imzalayan təşkilatlar əziz millətimizə müraciət edirik; Kültürel qətilama e’tiraz olaraq Güney Azerbaycan’da məktəblərin açılış gününü hər bir Azərbaycanlı sivil itaətsizlik çərçivəsində öz etirazlarını bildirsinlər.
Türk dilində mədrəsə, ən doğal haqqımızdır.
Yaşasın Azərbaycan Türk Milləti
09.19.2017
İmzalar:
(Adlar əlifba sırasıyladır)
Quruluş və təşkilat imzaları:
1- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT
2- Azərbaycan Öyrənci Hərəkəti- AZOH
3- Dünya Azərbaycanlıları Konqresi- DAK
4- Güney Azərbaycan Demokrat Partiyası- GADP
5- Güney Azərbaycan Demokratik Türk Birligi- GADTB
6- Güney Azərbaycan İnsan Haqları Mərkəzi
7- Güney Azərbaycan İnsan Haqları Şurası (ABŞ)
8- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
9- Güney Azərbaycan Qurtuluş Partiyası
10- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
11- Güney Azərbaycan Sosial Demokrat Partiyası
12- Milli Yol Təşkilatı