1. DİL
Dil insanla evren arasında olan anlaşım aracı, düşüncənin eşidilən sözcüklər dizgisidir.
Dil, insanın doğadan aldığı, duyğularıyla yoğurduğu ən dərin etgəndir. İnsan canlıların içində ən irəliləmiş dilsəl varlıqdır. Bu qısa deyimlərdən yola çıxaraq dil insan, insan isə dildir!
Dil, insanın yaxın doğasıyla olan ilk duyumudur. Dildən törənən danışıqsa insanın doğasıyla olan bağlantısının iç güdüsünün dışarıya sıçrayan anlamıdır. Dililə düşüncə arasında olan bağlantını, çevrə ilə insanın arasında olan ilişgisəl sentezlə də tanımlamaq olar. Başqa anlamıyla, düşüncə insanın öz-öz ilə gizli və görünməz dialoğudursa, dil o gizliliyi dış dümyaya açan ilətişim aracıdır.
Dil ilə insan arasında olan ilk bağlantıların yaranması işarətlərlə, him-cimlərlə başlamışdır. İşarət isə, göz gücü ilə gözüşən çevrəsəl ürünlər, ilkin düşüncəsəl imgələr olmuşdur. Göründüyü kimi, yüz min illərcə sürən imgə və simgə gəlişməsilə dil yapısı ortaya çıxmışdır. Dil, insanlıq varlığıyla eş zamanlı sayılır.
Toplumların yaranmasında dilin ana rolu olmuşdur. İnsanla doğanın ortaq ürünü olan dilin toparlayıcı, birləşdirici rolu toplumların yaranmasına nədən olmuşdur.
Bu gün yer üzündə 7000 dən artıq dil çeşidi tanınmaqdadır. Bu dillərin ən azından üçdə biri
çeşidli dillər Afrikanın Gine ölkəsinə aiddir. Ginedə yaşayan 4 milyonluq çeşidli xalqların 800-dən artıq ayrı-ayrı dilləri vardır. Vəya Rusiyanın Dağlı bölgəsini götürərsək hər yamacda bir xalq öz dililə yaşamaqdadır. Bu isə, bəlli toplumların yaranmasında dil ilə məkan birliyinin ana təməl oluşdurduğu bəlli olur.
2. ANA DİL
ANA DİL, kökü, səsi, düzən yapısıyla bitişik torpaqlar üzərində geniş alanlı budaqlanan dildir. Avrupada yüzlərcə dilin kökü latincədir. Latincə bir Ana dil olaraq ingilizcənin, yunancanın, almancanın, fransızcanın, ispancanın vb. kökü sayılır. Sadalanmış dillərin başqa-başqa dillər olduğunu qəbul etsək də, dil biliminə görə, zaman sürəcində Ana latincənin kökündən budaqlanmaları bəlli olmuşdur.
Ana türkcənin budaqlanmasıyla ilk öncə dil qurupları yaranmış, sonra isə geniş alanlı türk dilli xalqlar formalaşmışdır. Örnəyin Göktürk impratorluğundan sonrakı sürəcdə yavaş-yavaş yaxın çevrə ilişgilərdən ortaya çıxan Batı qolu kimi tanınan Bulqar, Oğuz, Qıpcaq, Karluq və Doğu qolu olaraq deyilən Uyğur, Qırqızqıpçaq vəya Altay Türk qolları formalaşmışdır. Bu gün, 30 dan artıq dil çaları, yöntəmi və ağızı olan Ana Türk dili, yaxlaşıq 300 milyon Türk insanı üçün Ana dil sayılır.
3. ANA DİLİ
Bəlli bir toplumun yaşam fəlsəfəsini, milli kültür, gələnək, yazın və tarixini, gündəm ilişgilərini, gələcəyə olan ülküsünü ümidlərini və dünyadaki yerini öz etgisində oluşduran özüldaşı onun “Ana dili”dir.
Ana dili, Ana dildən törənən doğma qohum-qardaş dillərin sırasında olan bəllirgin bir millətin milli dili və bütün yaşam alanını düzənə salan ana özək və təməl öyədir.
Ana dili, insanın doğulduğu ilk andan etibarilə onunla doğur və ölüncəyədək onun düşüncə bələginin söz dağarcığı olur. Daha qolay anlamıyla Ana dili anasından, atasından, ailəsindən, yaxın qohum-tanışlarından və çevrəsindən öyrənən bir uşağın danışdığı dildir.
Adından da bəlli olduğu kimi Ana dilinin kökü ana quşağından gəlir, onunla iç-içə gəlişir, formalaşır.
Varlığını Ana dilindən almış dil fəlsəfəsi qonusu, 20-ci yüzilliyin ən önəmli filizoflarından olan Almanlı Haydgerin tutumuyla özətləmək istərdim.
Haydgerə görə, dilin yaranışı heç də düşüncə və təcrübədən sonraya dayanmayır. Dil, dünyanın soyğulanmasında ana dayaq kimi rol oynayır. Bütün soyğuların özülündə insanın çevrəsindən qazandığı duyumları, duyğuları vardır. Bunları isə, dilin ortaya qoyduğu objelərlə formalaşmaqdadır.
Qısaca, Dil “Mən”ilə “Sən” arasında olan anlamın özlüyünü ortaya qoyur. Yəni mənim dilim, mənim düşüncə qaynağım. Sənin dilin, sənin düşüncə qaynağın!
Bir dilin içində bulunan özəl anlamları başqa dildə bulmaq olmaz! Dil öz varlığıyla oluşum bulur. Dil fəlsəfəsi isə, bu oluşumun çevrə və bilinc axımının çəridəkidir.
Alman fəlsəfəsi, İngiltərə fəlsəfəsi, Fransa fəlsəfəsi, Çin fəlsəfəsi, Japoniya fəsəfəsi vb... bu üzdən bir-birindən fərqlənir. Yenə bir Haydger deyimini diqqətə alaraq bu qonuya son verirəm: “Dil yaşamın can evidir”!
4. NİFRƏT DİLİ
Yer üzündə kəskin sevimli-sevimsiz dil yoxdur. Böyük-kiçikliyindən asılı olmayaraq, dillər millətlərin özül daşı, kimlik simgəsi, ilətişim təməlidir. Hər dilin öz milləti üçün qudsal və sevimli olması olduqca normaldır. Dil, bəşəriyyətin əldə etdigi ən böyük kəşifi olduğu kimi, toplumların da özəlləşməsində ən etgin öyədir.
Yer üzündə dilsin toplum olmadığı ilə yanaşı tək dilli toplum da yoxdur. Hardasa bütün dövləti olan topluluqlarda neçə-neçə dilli millətlər vardır. Neçə millətli dövlətlərin dilə baxışıyla o dövlətin çağdaş ayarları bəlli olur. Bu isə, siyasətin dillər üstündəki hökmünün göstərgəsidir.
Nifrət dilinin yaranması siyasət ortamından irəli gəlməkdədir. Bu qonuda demokratik, çağdaş və laik dövlətlərinin dil siyasətləri azdan-çoxdan bəlli olduğuna görə, sadəcə iki islam cümhurisi olan İran və Əfğanistan dövlətlərinin dil siyasətlərinə bir açıqlıq gətirirəm.
Əfğanistan dünyanın ən yoxsul, qalma-qallı, islamın çeşidli qollarının törəsinə yenilmiş, sömürgə caynağına çevrilmiş, etniklər toplusudur. Cəhalət, savaş, uyuşdurucu alışqanlığı, törə geriçiliyi vb... nədənlərdən hər iki vətəndaşdan biri savadsızdır. Buna baxmayaraq Əfğanistan İslmi Cümhurisi Anayasasında etnik və rəsmi dillərlə bağlı dünyanın ən qabaqcıl ölkələrindən belə, aydın maddələri vardır.
Əfğanistanda 8 böyük etnik vəya Ana dili və bir çoxlu kiçik-kiçik dillər Anayasada aydınlaşmişdir. İki böyük dil olaraq tanınan Pəştun və Dəri dilləri dövlətin iki rəsmi dili kimi ölkənin bütün eyitim sisteminə girmişdir.
Əyalət-vəlayət sistemilə idarə olunan əfğanistanın bu iki böyük dil kəsimindən başqa vəlayət dilləridə rəsmi dil kimi qəbul olunurlar. Örnəyin, Üzbək türkcəsinin yoğun olduğu yerlərdə Üzbək türkcəsi də Pəştun və Dəri kimi vəlayətin rəsmi dövlət dili kimi bütün eyitim sisteminə girmiş olur. Türkmən türkcəsi isə çox danışılan vəlayətdə yenə Pəştun və Dəri dilləri kimi Rəsmi dövlət dili tanınır. Habelə, bu sayağı Bəluç dili, Nuristani dili, Paşayı dili, Başənd dili, Pamir dili vb...öz əyalətlərinə rəsmi dil kimi oxullarda tədris olunurlar.
Son illərin təcrübəsinə dayanaraq, Əfğanistan dövlətinin dil siyasəti nəticəsində o ölkənin içindəki qaynar vulkan keçəri olaraq sonmuş görünürü. Əfğanıstan yaşayan Pəştunlar, Taciklər, Türklər ölkənin ən etgin etnikləri olaraq daha yaxın ilişgidə bulunmaqdadırlar. Bu millətlərin arasında dərin Nifrət Dili hakim deyildir.
Sözsüz ki, bunun anlamı Əfğanistanın etnik sorununun çözümü demək deyildir. Söz qonusu milli sorunda, hakim dilinin Nifrət doğuran roludur.
İran dünyada yaşadan Nifrət dilinin ən açıq örnəyidir. Bu ölkədə 10-dan artıq ana dili azınlıqda olan Fars dilinin altında yox olmaqla qarşı-qarşıyadır. İranda 95 ildir hakim olan Panfarsizmin tək dil siyasəti sonucunda Fars dili ölkənin təkcə rəsmi və qorunan dövlət dili olmağa davam etməkdədir. Fars dövləti, 80 milyonluq ölkənin 60 milyondan artıq vətəndaşı olan Türk, Türkmən, Ərəb, Bəluç, Kürd, Lur, Lək, Kilək, Mazən və başqa xalqların dilini və yaşam fəlsəfəsini dövlətin azınlıqda olan dilinə və yaşam tərzinə qurbanlıq edərək farslaşdırmağa sürükləyir.
Fars dili özlügündə bütün dillər kimi bir dildir. Bütün özəllikləri, güclü və axsaq yönlərilə bir millətin Ana dili kimi sayğın olması gərəkir. Ancaq, bu dilin rəsmi dövlət dili kimi assimilasiya aracı olaraq siyasiləşməsi ona başqa bir kimlik verir. Fars dili farsçı rejimin rasizm planlarının mərkəzində yerləşməklə Ana dili sayılan başqa dillərin düşməninə çevrilir.
İran adlanan ölkənin yüzdə on sekkizini oluşduran bir dilin 10-larca çoxunluq və azınlıq olan Ana dilini imha mikanizminə çevrilməsi istər-istəməz hakim dilin Nifrət dilinə çevrilməsinə səbəbiyyət verir. Fars dövlətinin inadıyla %80 vətəndaşının öz Ana dilindən yoxsun qalması büs-bütün faşisti siyasətidir.
Fars dili bir dil olaraq bütün dillər kimi sayğın olmasına rağmən, bir faşist rejiminin imha mikanizmi kimi sevimsiz və Nifrət dili sayılır.
Eldar Qaradağlı
2017-09-24