Amrika nizami quvvələriylə Ərağa girdikdən sonra oradakı Türkman millətinin varlığı yox sayılaraq bütün insani haqları çox gobud şəkildə pozulub və tarixi topraqları Kürd Peşmərgələri tərəfindən işqal olunmağa başlamışdır.
Bu işqal sürəcində öz halına tərk edilmiş, köməksiz məzlum Türkman eli zaman zaman böyük trajedik olaylar və hadisələr yaşayaraq, Da’iş teroruna mə’ruz qalarkən peşmərgə tərəfindən başda Kərkük olmaqla Türkman şəhər və kəndlərinin işqalı və ardıca Kürdlərin toplu surətdə Türkmaneli bölgələrinə yerləşdirilməsi və nufus tərkibinin deyişdirilməsi ilə üz üzə qalmışdırlar.
2003-dən bu günə kimi hər türlü teror, basqı, zülüm və haqsızlığa dirənib; dayanan qahraman və məzlum Türkman millətinin ata baba yurdu və tarixi topraqlarının Barzani tərəfindən aparılan işqal sürəcinin tamamlanmasında, Əraq mərkəzi dövləti Da’işlə savaşı əsnasında son günlərdə Əraq Kürdüstanında keçirilən bağımsızlıq refrandomunu fürsətə dönüşdürərək; Türk şəhərlərini ələ keçirdməyə çalışmaq, bölgə millətləri üçün təhlikəli oyundur.
Biz bütün millətlərin öz topraqlarında sahib olduqları haqlara və bütün milli istəklərinə hörmətlə yanaşırıq və eləcə də Türk topraqlarını yiyələnmək istəyənlərə olduqca qarşı olaraq hər bir millət, hizb, təşkilat və şəxs olursa olsun bu qanlı qadalı fikirdən vaz keçməsini istəyihrik.
Son illərdə Türkman elinin topraqlarına çeşidli senariyolarla Kürd peşmərgələrinin yiyələnmə girişimi qəbul edilməz, çirkin, və yasa dışı olmaqla Əraqda yaşayan millətlər və etniklərin dinc yaşamalarını çox ciddi şəkildə təklikəyə salacaq bir atdımdır.
Biz güney Azərbaycan milli mədəni fə’alları olaraq, cənab Barzaninin Kürdlərin bağımsızlıq refrandomunda Türk topraqlarına yiyələnmə girişimində olduğunu çox ciddi şəkildə qınayaraq, gləcəkdə baş verəcək hər türlü olası qarşı durmalardan, cənab Barzaninin sorumlu olduğunu bildirərək, məzlum Türkman millətinin yanında olduğumuzu elam edirik.