2017-09-25 tarixində İraqın quzey bölgəsində barzani əşirəsi, bağlı olduğu güclərin əmrilə sözdə "kürd millətinin öz müqəddəratını təəyin etəmə" adı altında nə yazıq ki yeni bir qanlı oyunu başlatdı!
Biz heç bir millətin öz müqəddəratını təəyin edib, yadların əsarətindən qurtulmasına qarşı deylik, bəlkə tam tərsinə güney Azərbaycan türkləri olaraq, ırqçı bir sistemin işğalı və asimilasyon siyasəti altında olduğumuz və öz müqəddəratımızı təəyin etəmə haqqı əlimizdən zorilə alındığı üçün hər kəsdən daha çox bu haqların dəyərini bilir, savunmaqdayıq! Amma göründüğü kimi barzani və kürd silahlı qüvvələri, arxalarındakı güclərə inanıb və dayanaraq kürd millətinin haqlarını savunmaq adı altında başqa millətlərin tarixi topraqlarını sahiblənməklə bölgəmizi yeni bir çatışma və soyqırımların başlanmasına aparmaqdadırlar.
Barzani və yandaşları gərçək üzlərini və gizli pilanlarını kərkük şəhərini işğal və o şəhərin nufus idarəsini odaçəkəmək, şəhərdə çadırlar qurub kürd əşirələrin türk şəhərinə sistimatik olaraq yerləşdirmək və şəhərin zaman içində demoqrafisini dəyişdirməklə göstərmişlər. Vurğulamağı gərkir nə yazıq ki bu çirkin siyasət illər öncə pəhləvi və sonra iran islam cümuhuriyətində batı Azərbaycandada təcrübə edilmişdir.
Bu sözdə referandom dönəmində, kürd terorist qruplarilə birlikdə İraq kürdüstan sorumlularının adda böyük kürdüstan! Xəritəsini rəsmi olaraq qullanmaları və batı Azərbaycan şəhərlərini kürdüstan adlandırmaları bu qanlı senaryonun xəbərcisidir. Və nə yazıq ki bu senaryo sadəcə bizə qarşı deyil, yaxın bir gələcəkdə daha ciddi şəkildə bölgədəki ölkələr və millətlərə qarşı atılan pilanlı bir addimdir.
Barzani və yandaşlarının torpaq iddiaları, onları sorumlu bir qüvvə olaraq yox bəlkə sorun yaradan bir qüvvə kimi və başqalarının maşası olduqlarını göstərdi. Bu sorumsuz davranış kürdlərə özgürlük, rifah, demokrasi və başqa millətlərlə yaxşı münasibət yaratmaq yerinə onları qonşu dövlət və millətlərlə ciddi sorunu olan və xarici qüvvələrin əmriilə hər an böhran yaratabilən bir millət kimi göstərdi!
Biz güney Azərbaycan təşkilatları və sivil töplum quruluşları, şiddətlə bu çirkin pilan və qanlı senaryonu qınayır, bütün pərdə arxasında olan qüvərələr-dövlətlər və onların iradəsiz maşalarına eelan edirik:
1- Azərbaycan türk milləti tarix boyu Azərbaycan topraqlarına köçən pənahsız insanlara o cümlədən güney Azərbaycanın batı bölgəsinə mühacirət edən kürdlərə yardım etəmişdir, ama kürd millətinə mənsub olan örgüt və çətələr türk millətinin bu insani yaxlaşımını fürsət bilib, Azərbaycan topraqlarına qarşı çirkin iddialar edib düşmançılıq etmişlər. Biz bu çirkin siyasət və yalancıl topraq iddiaları qınayır, qarşısında bütün gücümüzlə dayanır, yenidən vurğulayırıq ən böyük şərəf vətəni sevməkdir, uğrunda ölməkdir. Topraqdan pay olmaz.
2- terorçi qüvvələrin saldırısı və bölgəmizdə huzursuzluq yaratmasına şübhəsiz heç bir Azərbaycanlı səs siz qalmaz və qalmyıacaqdır. İndisə mədəni mubarizə, ama gərəkirsə bütün yollarlə vətən topraqlarını qorumağa hazırıq.
3- gücümüzü daha ciddi şəkildə göstərmək və topraqlarımıza qarşı olan mucadilədə ğalib gəlmək üçün siyasi təşkilatlar və milli fəallar birlikdə olub, birlikdə hərəkət etməlidirlər.
4- bir xurdad qiyamı, 18 aban qiyamı və başqa eyəlmlər, Azərbaycan türk millətinin iradə gücünü dəfələrcə göstərmişdir. Azərbaycan türk milləti tarixdən dərs alaraq, nə olursa olsun, topraqından vaz keçəməyir kimsəyə pay verməyəcəkədir.
5- güney Azərbaycan türkləri rusiya və digər dövlətlərin yardimila quzey Azərbaycanın işğal olması və sonra millətimizin iradə və istəgi olmadan Azərbaycanımızın tarixi ərazilərində qondarma ermənistan dövlətinin yaranmasını diqqətə alaraq, iran ırqçı rejim və onun arxasında olan qüvvələri bir daha uyarırıq türk millətinin tarixi ərazilərində özəlliklə güney Azərbaycanda terorist çətələrin qondarma dövlət yaratmalarına kəsinliklə musaidə etməyir, bütün varlığımızla vətəni savunmağa hazırıq.
Yaşasın türk milləti
yaşasın Azərbaycan
kərkük türkündür, türk qalacaq
(Adlar əlifba sırasıyladır)
Quruluş və təşkilat imzaları:
1- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT
2- Azərbaycan Öyrənci Hərəkəti- AZOH
3- Dünya Azərbaycanlıları Konqresi- DAK
4- Güney Azərbaycan Demokrat Partiyası- GADP
5- Güney Azərbaycan Demokratik Türk Birligi- GADTB
6- Güney Azərbaycan İnsan Haqları Mərkəzi
7- Güney Azərbaycan İnsan Haqları Şurası (ABŞ)
8- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
9- Güney Azərbaycan Qurtuluş Partiyası
10- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
11- Güney Azərbaycan Sosial Demokrat Partiyası
12- Milli Yol Təşkilatı
13- Vahid Müstəqil Azərbaycan Cəbhəsi