Ağ appağ ,bəm bəyaz,
Qar kiminimiş
Əryib xoş günlər
Nə tez tükəndi?.
Bağçada qonçalar
Gülə dünməmiş
uğultu yel gəlib
Qonçalar biçdi.
Ağzımda gül dadın
Tamsınmamışdım
Bir il, bir gün olub
Tez gəldi,keçdi.
Aylarda qaçaraq,
Illər qaçaraq,
Gələnlər qaçaraq,
Gedən qaçaraq.
Oğullar görürəm,
Dağlar başında
Dağ kimin dayanıb,
Dağın başında.
Qonçalar solsalar
Bağça sökülsə
Xəyalım qovzanır
Duyğular uçur
Könlümdə hər gecə
Yağmurlı günəş
Ulduzlar qovzanır
Dağın başında.
Dağlıdır ürəyim,
Görmürsən yanır?
Yanıram,
Yanmasın,
Saralmış bağım.
"Uzaqda bir yol var"
"Bizim yolumuz"
Aydındı günəşdən
Sağımız,
Solumuz.