Təbrizdə iflasa uğradığı irəli sürülərək möhürlənən Traktor zavodu (Traktorsazi) sənaye makinaları şirkətinin 200-dən artıq işçisi günlərdir etiraz aksiyası keçirməkdədir.
İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) bildirdiyinə görə, işçilər zavodun mülkiyyətinin transfer edilməsi ilə əlaqədar bir vəkalətnamə imzalamaq üçün basqıya məruz qadıqlarını bildirirlər.
Möhürlənən şirkət hazırda İcra-İflas işləri idarəsinin nəzarətində olsa da, İLNA-nın məlumatına görə, zavod özəl sektor investoru ilə müqavilənin müddəti bitdikdən sonra qapadılıb.
Bəzi işçilərin ifadələrinə əsasən, İcra-İflas işləri idarəsi zavodun mülkiyyətinin köçürülməsi istiqamətində onlardan bir vəkalətnamə imzlamalarını tələb edib.
Vəkalətnamənin hüquqların tələbi ilə əlaqədar olduğunu, amma bu barədə heç bir zəmanət verilmədiyini önə çəkən işçilər imza atmaqdan imtina edir.