Ağ idin ağappaq , ağrım tək ağır
məqsədin sülh idi dincə çal-çağır
Nə biləydin belə , nifrətlər yağır
Dostluğa , simbolsan vahid göyərçin
Qanına bələşən şahid göyərçin
Bir lələk minarə birisi tağdı
bir lələk vəhydir ilhamdı ağdı
Bir lələk yaradır birisi dağdı
lələyi qırılmış vahid göyərçin
Qanına bələşən şahid göyərçin
bir lələk carçıdır sülhü səsləyir
bir lələk aşiqdır sevgi bəsləyir
azad olmaq istər bu həvəsdədir
lələklər pozulmış vahid göyərçin
qanına bələşən şahid göyərçin
Bir qanad tufandı , bir qanad külək
Bir qanad məlhəmdi , bir qanad ürək
kimsə külək əkər tufan biçəcək
Sülhümün qurbanı vahid göyərçin
Qanina bələşən şahid göyərçin
bir qanad əhdidir bir qanad peyman
bu qanad sülh daşır, səsləyir tehran
barmaqlar dodaqda təbrizim heyran
qanadı kəsilmiş vahid göyərçin
qanına bələşən şahid göyərçin
əzdilər qanadın. əl .qıçlarını
asdılar zindanda yoldaşlarını
nifrətlə yazdılar baş daşlarını
sənəd sən tarixə vahid göyərçin
olgunan bu işə şahid göyərçin
yerdəki heykəlin uca bir dağdı
ölməyib sülh quşu hələdə sağdı
tarix divan edər şahid bu çağdı
yatma məlul miskin vahid göyərçin
qanına bələşən şahid göyərçin
Ey sülhün ağ quşu , dostluq simbolu
Gərçəyin sağ dışı , realın solu
Zəmanət eylədin sülhü , dom-dolu
Sağalsın yaramız , vahid göyərçın
Barışsın aramız , şahid göyərçin
Sözünü deməmiş sən şəhid oldun
Tarixə yazılmış bir vəhid oldun
Xalqımın dərd ilə müttəhid oldun
boynunu üzdülər, vahid göyərçin
pozdular oynunu , şahid göyərçin
göndəririk yüz ildi sülh quşlarını
Sındırar qanadın , əl - qıçlarını
Zindanda çürüdər sirdaşlarını
sülhə cavab belə ! vahid göyərçin
Olgunan bu işə , şahid göyərçin
Min şükür Tanrıya , səni yaratdı
Sağ olsun o əl ki , səni göyə atdı
Min lənət o qola , səni qanatdı
Qanın sülh yazacaq , vahid göyərçin
Qanına bələşən şahid göyərçin
Eşilbax – 30/1/2010