İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədinin Təbriz zindanından şərti azadlıq tələbini təmin etməyib.
Fəalın tələbi bundan öncə də, zindanın Təsnifat Şurası tərəfindən təsdiq edilməsinə baxmayaraq İnqilab Məhkəməsi tərəfindən rədd edilmişdir.
2015-ci il martın 1-də təhlükəsizlik qüvvələri tərəfindən tutulan fəal, hazırda Təbriz zindanında həbsdə saxlanılır.
H.Əliməhəmmədi “sistemin əleyhinə təbliğ” və “rəhbəri təhqir etmə” ittihamı ilə Təbriz İnqilab Məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib, qərar Apelyasiya Məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. Həmçinin Təbriz Cəza Məhkəməsinin 104-cü Şöbəsi azərbaycanlı fəal haqda, “müqəddəsləri təhqir etmə” ittihamı ilə 5 il və “ümumi mülkiyyəti yandırma” ittihamı ilə daha 5 il həbs qərarı çıxarıb. Lakin məhkəmənin çıxardığı həbs qərarı Apelyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib. Bununla da hazırda Təbriz zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal toplam olaraq 5 il həbs cəzasına məhkum edilib.