qum kitab sərgisinin sorumluları, savalan iyidləri nəşriyatını sonuncu iznı almasına bacmayataq, gedin baba, sizin nə yazmaq, nə oxumaq, nə danışmaq haqınız var, nəfəs çəkmək izni başınızdan da artıqdır deyərək, sərgidə iştirak etməsinə mane oldular.

yolpressin verdiyi bilgilərlə bağlı, savalan iyidləri nəşriyatının telegram kanalında, sərgidə iştirak etməklərın əngəlləmək barədə belə yazılıb:

möhtəeəm nəşriyat müdürləri təkcə fevralın 20si günü hücrələrin təhvil ala bilərlər ğeyri tarıxlərdə gələnlərə hücrə vəhil verilməyəcək, yazısını oxubub özəl maşınımla kitablarla birlikdə qum şəhrinə tərəf yola düşdüm.həmən gün saat 10:30 da özgə nömeəylə zənq açıldi.

əlo deyərkən soruşdu:

savalan iyidləri nəşriyatının sorumlusu, əmmat əhmədi siz olursuz?

dedim: bəli, buyurun

dedi: listdən kənara qoyulduğununz çun lutfən sərgiyə gəlməyın.

dedim: siz kimsiz? bu sözü kim sizə deyib?

dedi: mənə sizə zəng etməmi əmr veriblər sərgi müdürlüyü tərəfindən

dedim: məyər olan işdir dedim? mən özüm sitədə nəşriyatımın təyid almasını gördüm.

dedi: mən nədənin bilmirəm, zəhmətə düşməyəsiz deyə sizə zənh etdim.

dedim: mən çoxdandır yola düşmüşəm, bu an qəzvinidə sovuşub kitablarımla birlikdə gəlirəm.

dedi: yaxşısı budur gəlnəyəsiz, gəlsənizdə sizə hücrə verilməyəcək.

dedim: bu nə sözdür? mənim gəlməyimi istəmirdiz yaxud yeriniz yoxudu əvvəldən təidiyə verməyəydiniz.

dedi: mən bu qədər bilirəm.

tefonu üzərmə bağladı düşən nömrəni neçə dönə yığdım ancaq cavanlan olmadi. çarəsizlikdən və yolun çoxsunu gəldiyim çun getməli və haqqimi gorumalidim. başqa tərəfdənsə sitədə izinli olduğumu  görmüşdüm. özümü qumun quds musəlasına çatdırıb sərginin sorumlusunun yanına getdim.

özümü tanitdırıb, savalan iyidləri nəşriyatının sorumlusuyam dedim. hücrəmin adresin lütf edirsiniz?

baxıb və dayandığımız yer ə işarə edib dedi: bu yerdir ancaq mənə buraya elan yapişdırmayım deyıblər

nədənin soruşdum dedi: mənim bilgim yoxdur …bəyin yanına gedin

vəzifəli sorumlunun yanına gedib olanları anladıb, dünənin zəngin də açıqladım.

dedi: sizə gəməyın deyə deyə nədən gəlibsiz o zaman?

dedim: mənə çox gec və qanunsuzcasına deyilib

dedi: hansı qanun? nə qanunu? gəməyin dedikdə yanı gəlməyin

dedim: mən milli sərgilərin qanuna əməl etmişəm

dedi: bu yerdə qanunu mən təyin edirəm

dedim: o zaman ilk başdan təyid etməyədiniz, məndə qışın soyuğunda ərdəbildən bu qədər yol gəlməyəydim.

dedi: indi izinsizsən və qayıtmalısan deyirəm.

dedim: hansi qanun və məntiqə sığınaraq izinsizəm?

dedi: nə məntiqi arayırsan?

dedim: nəşriyatimin başına gələn bu oyunu mənə izah edən bir məntiq

dedi: mən bu sözlərlə işim yox

dedim: məntiq bilmirsiz ədalətiniz harda?

dedi: ədalət çoxdandir ölüb

dedim: dərd mənim kitablarımın mövzüsüdür deyin?

dedi: fərzən kitablarindir, ondi sözün nədir?

dedim: mənim nəşriyatiminda bu sərgiyə gələn başqa nəşriyatlar kimi pablik bi nəşriyatdır, ancaq dilimiz türkcədir.

dedi: itilin, sizin nə danışmaq, nə yazmaq haqqınız var, nəfəs çəkmək izniz başnızdan da artıqdır.

dedim: məntiqiniz aydınlaşdı

dedi: mən sənlə turkcə danışmıramki, nədən başa düşmürsən?

gerisi yazılmalı olmadığı çun əziz oxucular məni bağılayarlar.