Dəyərli yurddaşlar

Əziz milli fəallar

Güney Azərbaycanın azadlığı və qurtuluşu uğrunda fars faşizmi başda olmaq üzrə qəddar İran islam hakimiyyətinə qarşı mücadilə verən bütün milli-siyasi qurum və partiyalarının bir çatı altında birləşməsi tarixi zərurətdən doğan vacib və həyatı bir məsələ olaraq uzun illərdən bəri istər içəri, istərsədə xaricdəki milli hərəkatımızın qarşısında dayanıb və hər zaman onun gündəmində olmuşdur.

Milli hərəkatımız üçün olduqca vacib və önəmli olan bu məsələnin doğrultusunda, Güney Azərbaycanın bir neçə milli-siyayi qurum və partiyaları, eləcə də milli şəxsiyyətlər və milli fəalları uzun zamandan bəri apardıqları müzakirələr və danışıqların ardından şənbə günü fevral ayının 17-si 2018-ci ildə Almaniyanın Köln şəhərində bir araya gələrək, bir platform əsasında vahid bir cəbhənin yaradılması üçün üçüncü toplantısını keçirmişdir.

Bu toplantıda, təşəbbüs qurupu və əsasnamə komisiyonu tərəfindən hazırlanan Güney Azərbaycan Milli Cəbhəsinin məramnamə və nizamnaməsinin bəzi mübahisəli bəndləri üzərində dartışılıb və iştirakçıların önəriləri nəzərə alınmışdır.

Güney Azərbaycan Milli Cəbhəsinin yaradılması məqsədi ilə keçirilən bu toplantıda, ilk olaraq milli-siyasi qurum və partiyaların təmsilçilərindən və milli şəxsiyyətlərindən ibarət bu cəbhənin Qurucu Heyəti yaranmış və beləliklə də təşəbbüs qurupu və əsasnamə komisiyonunun işi başa çatmışdır.

Qurucu heyət, öz içindən beş kişilik bir işçi qurupu seçərək, yaxın gələcəkdə Güney Azərbaycan Milli Cəbhəsinin birinci qurultayının keçirilməsinə qərar vermişdir.

İşçi Qurupu, Köln şəhərində keçirilən və bu toplantıya qatılmayan Güney Azərbaycanın bütün milli-siyasi qurum və partiyalarını, eləcədə milli şəxsiyyətlər və milli fəallarnı bir araya gətirib və ilk qurultaya qatılmalarında, Qurucu Heyət tərəfindən görəvləndirilmişdir.

Güney Azərbaycan Milli Cəbhəsi- Qurucu Heyət

21.02.2018