Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə vilayətin Planlaşdırma və İnkişaf Şurası ilə Müqavimət İqtisadiyyatı Mərkəzinin birgə keçirdiyi iclasda əhalinin bölgədən köçməsi ilə bağlı öz nigaranlığını bildirib. “İnsanlar öz şəhərlərini tərk edərək ölkənin digər vilayətlərinə köçürlər. Bu, belə davam edə bilməz, qarşısı alınmalıdır”- deyə vali vurğulayıb.

İ.Cabbarzadə Şərqi Azərbaycan vilayətində bəzi şəhərlərdə əhali sayısının kəskin azaldığını da diqqətə çatdırıb. O bildirib ki, “son illərdə Təsuc şəhərinin əhalisi 14000 nəfərdən 7000 nəfərə düşüb, bu əhalinin köçməsi faktoru ilə bağlıdır.”

Vali bölgənin düşdüyü ağır vəziyyətdən çıxış yoluna da işarə edib. “Təsuc şəhərində əhalinin sayı kəskin azaldığı üçün yeni tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biz sənaye, mədən və kənd təsərrüfatı imkanlarımızı inkişaf etdirməklə, bölgədən köçmüş yerlilərimizi geri qaytara bilərik”- deyə o vurğulayıb.

Qeyd edək ki, İran rejiminin qərəzli siyasəti nəticəsində Güney Azərbaycanda ağır iqtisadi vəziyyət yaşanır. Böyük yatırımlar və istehsal müəssisələrindən məhrum qalan Azərbaycan şəhərlərində işsizlik problemi getdikcə kəskinləşir, əhalinin bölgədən köçməsi isə əsasən işsizlik faktoru ilə bağlıdır

 Azerbaijan