bu yazı "irəli" dərgisinin ikinci sayısından alınmışdır.
Https://app.Box.Com/s/av4qcqh8gnqsp3surar43j5v0nv1tt98
******************************
"Demokrasi üçün savaş", "demokratik savaş", "savaşda demokrasi" və bunlara oxşar fərqli başlıqlarla yazılan ibarət/söyləmlər hər birisi çeşidli bölümlərə ayid, haqqında yazılan yüzlərcə məqalə və araştırma olmuşdur. Savaş(mübarizə) tarixi insanın yaranışına belə çatırsa, demokrasi və savaş(mübarizə) arasında olan ilişgi son yüz-illərin və özəlliklə çağımızın əsas danışılabiləcək ictimai/siyasi qonularındandır. Digər önəmli qonu, hər canlı zatın arzusu olan "azadlıq"dır. Azad yaşam haqqını əldə etmək üçün tarix boyu sayagəlməz qədər savaş olubdur millətələr/dövlətlər arasında və zülm olduqca, azadlığı alınan vardırsa, bu savaş bitməyəcəkdir.
Güney Azərbaycanda var olan siyasi-ictimai "milli hərəkət"ə gələlim. Milli hərəkət də hər bir cünbiş kimi zaman zaman söyləmlər seçmişdir, daşımışdır, yeri gəlirsə dəyişir, gərəkirsə "altsöyləm" yaradır seçdiği söyləmlərini dərinləşdirmişdir. Bu səntez çox ciddi, dəqiq, səhv almayan bir iş dir. Yalnış söyləm, milli hərəkəti "bir iddənin hərəkəti" edəbilər və elə o üçündə söyləm dəyişimi/əklənməsi zaman alıcı və tədrici prosesdir. Ancaq, bu sürə içində hər zaman bir böyük sorğu işarəti də ortada olur və sorğuyu yalnış yanıtlamaq isə bəəzən milli hərəkətin taleyini belə dəyişdirəbilir. Bu yazıda toxunduğumuz qonu bundan ibarətdir: söyləmimiz güncəlləşirsə, hərəkətin adıdamı dəyişdirilməlidir?!
Hər nədən öncə, söyləm nədir? Söyləm fransızca Discourse və latincə Discursus kəlmələrindən alınan, lüğəvi məənada danışıq, nutuq, söhbət anlamını daşyıan ibarətdir ama tarixboyu bunlardan əlavə fərqli təəriflərdə verilmişdir. Bu ibarətin canlanması və geniş şəkildə sosyoloji və antropolojinin fərqli boyutlarında qullanılmaq tarixi 1950cı illərə yetişir necə ki 1952 ilində söyləmin sosyolojik analizini " zellig harris"-in "söyləm analizi"-ndə görə bilirik. "Teun Vandijk"-in təərifinə baxaraq, demək olar söyləm insanların (siyasi-ictimai aktivistlərin) düşüncə və fəlsəfələrini paylaşmaq dili və şivəsidir. "Macdonell"-in düşüncəsinə görə də hər bir söyləm ictimai mahiyət və struktura sahibdir və hərəkətlər(cünbiş)-in genişlnəməsi üçün toplumda meydan yaradır.
Diqqətə almaq gərəkir hər çağ və hər toplum zamanına ayid olan söyləmləri vardır və camiədə baş verən hər olay da, ona bağlı olan söyləm içində təərif olunur analiz edilir. Beləliklə söyləmlərə dayalı olaylar yaradılır, olaylarla söyləmlər güclənir ya məhv olunur. Yəəni, toplumda yapı yaratmaq yaxud yapıları sustaltmaq üçün söyləmlər qullanılır. Genəldə bir söyləmin başarılı olması üçün 3 özəlliyi olmalıdır. İqna edici olmalı, beləliklə öz məntiqi/ideolojik insicamını saxlayır. Duyğuları nəzərə almalı, beləliklə duyğuları qullanaraq toplumu yeni yapıları qəbul etməgə hazırlayır. (Sünnətlər, adətlər və kütləvi inanclar bu kategoridə yerləşdirilir). Və nəhayətdə paylaşım və propaqanda gücü olmalı, söyləmə ən uyğun danışıq şivəsini seçərək toplumda dəyişikliyə hazırlıq aparmalıdır.
Vurğulandığı kimi, güney Azərbaycan milli hərəkətidə digər hərəkətlər kimi fərqli zamanlarda genişlənmək və yayğınlaşması üçün toplumsal durumu nəzərə alaraq, mahiyətinə uyğun söyləmlər seçmişdir. Milli hərəkətin istəgi, sadə desək, "öz muqəddəratını təəyin etmə" unvanı altında güney Azərbaycanda yaşayanları "haqq istəklərinə" çattırmaqdır. Bu "istəklər"i bir çox sahəyə bölmək olar. Kültürəl, ekonomik, siyasi, eytimsəl və onlarca ayrıayrı bölümlər, minlər örnəkdən bir neçəsidir. Hər milli fəal bu bölümlərin bir neçəsini özünə baş istək seçib çalışsada, milli hərəkətin təməl istəgi və milli fəalların ana çalışmaq nədəni "millətin bütün haqq istəkləri"-nin əldə edilməsidir. Eşcinsəllərin haqlarını savunmaq həman qədər bir milli fəalın görəvidir ki ana dilində mədrsə tələbi.
Ancaq, söyləmlər dəyişildiği zamanlar, daha doğrusu hər söyləmin milli hərəkət vərindən daha ciddi şəkildə gündəmə gəldiği sürə, bəəzən görünür ki yeni söyləmlərin gəlməsi milli hərəkətin ideolojisinidə etgiləyir, kölgəyə salır. Millətəçilik(nationalism) yerini yeni gələn söyləmə verir və yalnışlıqla, söyləm, ideoloji yerinə işlənilir. Demokrasini nəzərə alın. Fərqli təəriflər və metodlarına baxmayaraq, dövləti/sistemi yönətmək şivəsini izahlayan demokrasi əlbəttə ki hər zaman Azərbaycan türk millətinin ən böyek istəklərindən olmuşudur. Azərbaycan tarixboyu bir çox qiyam və inqilablarla demokrasi üçün savaşmışdır və gərçəkdəndə ən azı ortadoğuda başda olan millətlərdəndir. Ancaq, milli hərəkətin istəgi sırf və yalnız "demokrasi üçün savaş" deyildir və demokrasını əldə etmək, digər istəkəlrimizidə almaq demək dəyildir. Bir çox zaman, digər millətlərin istiimarı(sömürgəçilik) elə adda demokratik ölkələr və demokrasi adına yürüdülmüşdür. Necə ki bir çox demokratik adını daşyıan və bəəzən demokrası təəriflərinə dayalı "demokratık ölkələr/sistemlər"-də millətin bütün haqq istəklərini verməyirlər. Son örnəki, katalan hadisələri və Spanyada katalanların "öz muqəddəratını təəyin etmə haqqı"-ndan məhrum qalmalarıdır. Deməli, demokrasi, Azərbaycanda olan siyasi hərəkətin (milli hərəkətin) istəklərindən biridir, hamısı deyildir.
Bu məsələ yalnış şəkildə diqqətə alındıqdan dolayı, nə yazıq ki bəəzən bir sıra milli fəallarada etgi buraxmışdır. Bir zamanlar (özəlliklə iranda yaşıl hərəkət başlandığı çağ) güney Azərbaycan milli hərəkəti, güney Azərbaycan demokratik hərəkəti adlandırıldı! Yəəni, İran içində olan söyləm bizi etgilədi heç, hərəkətimizin adını belə dəyişdirməyə apardı. Yuxarıda qeyd olunduğu kimi hər söyləm başarılı olduğu üçün 3 faktora sahib olmalıdır və onlardan birisi təbliğat və propaqanda gücüdür. Yaşıl hərəkətin devasa təbliğat gücü milli hərəkətin bütünlüğünü etgiləməsədə, bir neçə müddət milli hərəkətdə dalğa yaratmağa nayil oldu. Milli hərəkətin kütləvi gücü bu dalğaları zaman içində yox etsədə bir neçə vaxt sonra, "demokrasi"ni milli düşüncəyə(nationalism-ə) alternativ kimi göstərən dalğalar özünü ayrı şəkildə ortaya qoydu. Güney Azərbaycan milli-demokratik hərəkəti!
Əlbəttə ki bu cümləni/ibarəti qullanan bir çox milli fəalın kəsinliklə yaxçı və gözəl niyətləri olmuşdur. Niyətlərdə "Azərbaycan milli hərəkəti demokrasiyə inanır, demokratik sistem qurmaqdan yanadır" gəzir. Ama, yuxarıdakı cümlə bu niyətə ayid deyildir və bu niyəti daşımır. Yuxarıda qeyd olan cümlədən beyinlərə gələn ilk anlayış budur: "milli hərəkət özlüğündə yetərsizdir, qeyri demokratikdir, və o üçündə yanına demokrasini ək gətirməliyik."
Vətəndaş millətçilik ya libral nationalism-i (Civic nationalism) art niyətlə "milli-demokratik" tərcümə etmək hansı əsas və məbnada olmuşdur? Bu şəkildə tərcümə edənlərin hədəfi, millətçiliyi yetərsiz və naqis göstərmək, demokrasini millətin qurtarıcısı kimi sunmaqdır. Beləliklə nationalism, qeyri demokratik (demokrasiyə inanmayan) və gerici bir ideoloji kimi millətə təqdim edilir, və demokrasi milləti nationalism əlindən (millətçilər əlindən) xəlas edən bir yol kimi göstərilir! Şaşırtıcı deyildir əgər bilsək bu düşüncəni təqdim edib yayanların bir çoxu, iran mərkəzli düşüncəyə bağlı olan fəallar və yaşıl hərəkəti zamanında da aynı tutumu sərgiləyənlərdir. Milli hərəkətlər ümümiyətlə iç mahiyətlərindən dolayı demokrasi üçün savaşın başlanqıc nüqtəsidirlər. Nationalis-min inandığı "öz muqəddəratını təəyin etmək" haqqı əldə edilirsə, zatən demokrasinin payaları qurulmuşdur. Əgər bir millət milli hərəkətinə dayalı (nationalism) öz dövlətini qurub, ama sonrası demokrasini saxlayabilməyirsə bu nationalis-min səhvi deyildir. Zatən, milli hərəkət milli dövlət qurulduqdan sonra işi bitir hərəkəti sonlanır, necə olabilir sonlanmış bir hərəkəti ondan sonrakı olaylara sorumulu bilək?!
Bu listəyə başqa adlar/altsöyləmlər də əlavə olabilər. Örnək üçün son bir iko ildə "mədəni" kəlməsini də bir çox yerdə "milli fəal" ilə birlikdə görməkədəyik. Sanki "milli fəal" deyəndə doğru deyilmiş, biz qeyri mədəni insanlar görünürük! Əlbəttə ki indiyədək bütün milli fəalların çalışmaları normalara əsasən "mədəni fəaliyət" kategorisində yerləşdirilir ama bu o demək dəyildir ki bunu arac edərək "milli" kəlməsinə kölgə salınmağa izin verilsin. Azərbaycan milli fəalları, mədəni fəaldırlar və Azərbaycan milli hərəkəti, mədəni hərəkətdir ama bu hərəkətin adı yalnız və yalnız birdir, "Azərbaycan milli hərəkəti". "Milli-Mədəni fəal" deyərək və "milli fəal" deməgi pis/yalnış görsətməyə çalışanlar yenədə millətçiliyə rəqib düşüncə ortaya atırlar. Bu dəfə, öncəki dəfələrdən dərs alaraq çalışırlar milli fəalları ilk başda iki yerə bölsünlər, mədəni və qeyrimədəni fəal! Sonrakı addım, qeyrimədəni fəaliyəti qınayaraq millətçiliyi "aşırıçılıq" görsətməkdir. Necə ki bu iş neçə vaxtdır başlanmışdır və milli hərəkəti aşırıçılığa məhküm edənlər ortaya çixmişlar. Və bundan sonrakı mərhələdə, "milli düşüncə yanlışdır və yerinə yumuşaq, kimsəyə toxunmayan, qeyri ciddi, ama ”mədəni” fəaliyət etməliyik" sözü/söyləmi ortaya atılacaqdır. Bunu indidən görüb, hazır olub, fikir gücünə silahlanmalıyıq.
Son söz, yaşasın "güney Azərbaycan milli hərəkəti", yaşasın "milli fəallar", yaşasın "millətçilik".
Əmir mərdani
AZOH sözcüsü