Sulduzda Tutuqlanan Milli Aktivistlər geçici olaraq özgür buraxıldılar
Azoh: 4 milli fəal ki 2006 may qiyamının 12.ci il dönümündə tutuqlanmışlardılar girov qoyaraq geçici özgür buraxıldılar.
Sulduzdan gələn xəbərlərə görə , Murad əmmari , Cavad Əhmədi Yekanlıvı Imir Səttari hə üçüdə 100 milyon Tümənliq Girov ilə Cumaertəsi günü Geçici özgür buraxıldılarş
Ulduz Qasimi isə Xurdad Ayının 10.da( beş gün öncə) Girov qoyaraq Urmu Şəhərinin mərkəzi həbsxanasından buraxılmışdı.
May Ayının 25 (2018) milli fəallar Azərbaycanın şəhərlərindən sulduzlu milli fəallar ilə birlikdə Sulduz May 2006 qiyamının Şəhidlərin Anmaq üçün Şəhidlərin Məzarı Üstə Toplandılar.
bu mərasimdə 12 nəfərdən Çox Tutuqlandı ki onların hamısı millətin basqısı ilə sosyal medyada iran əmniyət quvvələri məcbur qalıb onları Özgür buraxdılar.
Əmir Səttari (təbrizli), Murad Əmmari və Cavad Əhmədi Yekanlı(Xoy Sakini) və Ulduz Qasimi (Urmu Sakini) Məhkəmə də "Qanunsuz mərasimlərdə iştirak etməklə ictimai asayişin pozulması" cəzası ilə qarşılandılar. sonunda geçən Cumaertəsi günü Sulduzun İnqilab Məhkəməsinin icraçısı sarından müvəqqəti Azadlıqı üçün 100 milyon tümən Girov bəlirləyərək hər 4.ü müvəqqəti azad edildilər.
tutuqlananların hamısı girov qoya bilmədikləri üçün ( Əmir səttari , Murad Əmmari , və cavad Yekanlı Sulduz həbsxanasına )Və ulduz Qasimi isə Urmunun həbsxanasına göndərilmişdi.
Tohid Azəriyun , Himmət İsmzadə , Hüseyn Fəthipur və Əsgər Qasimi Güney Azərbaycanın Şəhidləri Sulduzda 25 may 2006 tarixində İran rejimi tərəfindən Şəhid edilmişlərdilər.