Tanınmış əmək fəalları Cəfər Əzimzadə Şoti və Şapur Ehsani Rad Savə şəhərinin İnqilab Məhkəməsi tərəfindən hər biri 11 il həbs cəzasına məhkum olublar.

Bu haqda məlumatı İLNA agentliyi (Iranian Labour News Agency) fəalların vəkili Məhəmməd Əli Cidariyə istinadən yayımlayıb.

Yayılan məlumata görə, iki fəal İranın Azad İşçilər Birliyi adlı təşkilatı təsis etmək ittihamı ilə 10 il, “rejimə qarşı təbliğat” ittihamı ilə isə əlavə olaraq bir il həbs cəzası alıblar.

Əslən Qərbi Azərbaycan vilayətinin Şot bölgəsindən olan Cəfər Əzimzadə bundan əvvəl də işçilər və əməkçilərin hüquqları uğrunda fəaliyyətləri üzündən məhkəməyə çıxarılmış və həbs cəzası almışdır.

Əzimzadə Şotinin idarə heyəti başqanı olduğu İranın Azad İşçilər Birliyi təşkilatı işsiz və işdən çıxarılmış fəhlələrin problemləri ilə əlaqədar fəaliyyət göstərib.

Voa

 Azerbaijan