sağlam ağıl
Ey sağlam ağıl hardasan qurbanın olaydım
çox istəmirəm bir gecə mehmanın olaydım
o bir gecədə dünya qədər iş görəbilləm
qoy o gecə mən sübhə tək tehranın olaydım
iranda gedən işləri gördükcə qaçırsan
nə olar dayanıb bir həftə iranın olaydım
bəs hardasan ey nadir? heç əllərə düşməz
yağmur gətir yandıq belə leysanın olaydım
bir il yağaraq gecə gündüz urmu gölün də
suzuz ada da teşnə o ceyranın olaydım
ey sağlam ağıl yalvarıram qoy qadan alım
ifşa eylə, dondur məni heyranın olaydım
qiymət verə bilməm dəyərin çox sənin artıq
deprəm qabağı gəl sonra viranın olaydım
sel gəlmədən öncə belə od düşmədən əvvəl
tədbir olunur , yoxsa yanım yanın olaydım
Ey sağlam ağıl ölkəmizdən küsmə sən allah
nə olar barışaq bir daha nübarın olaydım
qorxutdu məni pis yel əsir , irqçılıq var
yelpəklə məni qoy əsim tufanın olaydım
yüz ildən artıq oldu , verir qətlimə fərman
nə olar ki belə bir başa turanın olaydım
fərz eyləyək ki qarğıyıb iranı bu allah
toz , torpağ ilə gəl sənin qubarın olaydım
sənsiz bilirsən İran olub bir başa viran ?
sağ qəlb ilə gəl orda coşan qanın olaydım
yollar qapalı elmə bu gün , dildə qıfıllı
çün farsca deyil , bu işə böhranın olaydım
bu mollaların gördüyü işlər belə təkdir
guya ölülər qalxacaq , xortdanın olaydım
ey sağlam ağıl dünya bizi təhrim edibdir
olduq izulə , turşuyub coddanın olaydım
ey sağlam ağıl mən nə deyim rəqs qadağandır
mırt vurma haram ,o yasaq mırtdanın olaydım
çirkləndi çiban , verdi irin , şişdi , dikəldi
tiği gətir tez , mən belə çırtanın olaydım
belə görünür patlayacaq , yam yaşıl olmuş
qoy məndə sıxım patlasın , partlıyanın olaydım
ovza qarışıb gecə gündüz mırtdanır millət
izn ver qatılım millətə mırtdanın olaydım
o yerdə ki millət yataraq qəflətə cummuş
yatma sən Eşilbax , belə cırtdanın olaydım
17.01.2018 Eşilbax